Accessibility links

Azərbaycan NATO-nun enerji təhlükəsizliyi üzrə genişləndirilmiş görüşündə iştirak edib


Azərbaycan NATO-nun enerji təhlükəsizliyi üzrə genişləndirilmiş görüşündə iştirak edib (Foto Cəfər Hüseynzadənin Twitter hesabındandır )
Azərbaycan NATO-nun enerji təhlükəsizliyi üzrə genişləndirilmiş görüşündə iştirak edib (Foto Cəfər Hüseynzadənin Twitter hesabındandır )

İyunun 5-də Azərbaycan NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında alyansın ən yüksək hərbi strukturu olan Hərbi Komitə çərçivəsində ilk dəfə olaraq enerji təhlükəsizliyi üzrə tərəfdaşlarla birgə genişləndirilmiş formatda görüşündə iştirak edib.

Bu barədə Azərbaycanın NATO yanında daimi nümayəndəsi Cəfər Hüseynzadə twitter hesabında məlumat yayıb.

Onun sözlərinə görə komitə iclasında Azərbaycanı təmsil edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova Azərbaycanın enerji siyasəti, habelə qlobal və regional müstəvidə enerji təhlükəsizliyinə töhfələri barədə təqdimatla çıxış edib.

Azərbaycan təmsilçisi NATO mənzil-qərargahına səfəri çərçivəsində, NATO Beynəlxalq Katibliyinin İqlim və enerji təhlükəsizliyi bölməsi və NATO-nun Vilnüsdə yerləşən Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib.

Müzakirələr zamanı Cəfərova Azərbaycanın qlobal enerji təhlükəsizliyində enerji strategiyası, “Cənub Qaz dəhlizi”nin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu, ölkəsinin bərpa olunan enerji mənbələri kontekstində təqdim edə biləcəyi imkanlar və perspektiv layihələr barədə müttəfiq və tərəfdaş dövlətlərə məlumat verib.

Daimi nümayəndə bildirib ki, NATO üzv dövlətləri Azərbaycanın alyansın etibarlı və vacib tərəfdaşı olduğunu vurğulayıb.

XS
SM
MD
LG