Accessibility links

Azərbaycan xarici işlər naziri Vaşinqtonda NATO zirvə görüşündə iştirak edəcək


Ceyhun Bayramov
Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO zirvə görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Müşahidəçilər Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün olacağına da ümid edir. Belə ki, iyun ayında ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayn Yerevanda və Bakıda səfərdə olub.

Ceyms O’Brayn iyunun 28-də Bakıda keçirdiyi brifinqdə ABŞ-ın Azərbaycanı NATO sammitinə dəvət etdiyini bildirib.

“Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın da daxil olduğu NATO tərəfdaşlarının tədbirinə ev sahibliyi edəcək. Mən hər iki ölkənin iştirakını gözləyirəm. Bu ölkələr də daxil olmaqla, ümümilikdə 30 ölkə orda birgə iştirak edəcək,” o bildirib.

Ceyms O’Brayn brifinqdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları məsələsinə də toxunub. Diplomat bildirib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür.

“Vaşinqton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirməyə hazırdır,” o, qeyd edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Vaşinqtona yola düşüb.

Forum

XS
SM
MD
LG