Accessibility links

Antoni Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinin reallaşdırılması üçün müstəsna imkan var


Antoni Blinken
Antoni Blinken

ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan arasında sülh sazişlərinə nail olmaq üçün müstəsna imkanın olduğunu bildirib. Blinken bu barədə açıqlamanı Brukinqs İnstitutunda çıxışı zamanı Vaşinqtonda keçiriləcək NATO-nun 75-ci sammitinin yaxınlaşdığı bir vaxtda Cənubi Qafqazın strateji əhəmiyyətə malik region olaraq qalması, Rusiyanın və qlobal güclərin bu regiona təsiri və maraqları barədə suala cavabında bildirib.

“Ölkələr arasında onilliklərlə davam edən münaqişəyə son qoyacaq sülh sazişlərinin reallaşdırılması üçün müstəsna imkan və potensial var və hesab edirəm ki, bu iqtisadi əlaqələr, iqtisadi artım, şərqdə və qərbdə, cənubda və şimalda ölkələri birləşdirmək üçün böyük imkanlar yaradacaq. Azərbaycanın bu işdə həlledici rolu var”, ABŞ dövlət katibi qeyd edib.

Antoni Blinken bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmağa çalışaraq, diplomatiya yolu ilə buna fəal şəkildə nail olub.

“Biz bunu Avropa İttifaqı ilə çox sıx əməkdaşlıqda koordinasiyada etdik və düşünürəm ki, bu, həqiqətən də əlçatandır. Mən təxminən bir həftə əvvəl bu barədə prezident Əliyevlə danışdım. Hesab edirəm ki, bu, əldə edilə bilər və bu, açıq şəkildə həm Azərbaycanın, həm Ermənistanın, həm də daha geniş regionun maraqlarına uyğundur”, o qeyd edib.

Forum

XS
SM
MD
LG