Accessibility links

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək


Arxiv fotosu - Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında ikinci görüş baş tutub, 16 may, 2024.
Arxiv fotosu - Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında ikinci görüş baş tutub, 16 may, 2024.

Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrda Cenevrədə Azərbaycan Milli Məclisinin sədri ilə görüşəcək.

Bu barədə Alen Simonyanın köməkçisi Movses Arutyunyan bildirib.

Əvvəlki görüşdə əldə olunmuş ilkin razılığa əsasən, Alen Simonyan və Milli Məclisin sədri arasında növbəti görüş noyabrda Cenevrədə baş tutacaq.

İclas əvvəlkilər kimi eyni formatda keçiriləcək.

Öz növbəsində Azərbaycan Milli Məclisi bu barədə hələlik rəsmi açıqlama verməyib.

Bundan iki ay əvvəl Azərbaycan və Ermənistan parlamentinin sədrləri Cenevrədə görüşüb. Parlamentlərarası İttifaqın (IPU) vasitəçiliyi ilə keçirilən görüş Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində baş tutub.

Azərbaycan Milli Məclisinin məlumatına görə, görüşdə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.

İki ölkənin parlament sədrləri ilk dəfə martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində görüşüblər.

Forum

XS
SM
MD
LG