Accessibility links

Xədicə İsmayıl ölkədən çıxışına qadağa qoyulduğunu bildirir


Xədicə İsmayıl
Xədicə İsmayıl

"Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi məni martin 14-də şahid qismində dindirdikdən sonra Azərbaycandan çıxışıma qadağa qoyulub. Məlumatı tam dəqiqləşdirmək üçün Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi qaydada müraciət etmişəm. Müraciətimə hələ cavab verməyiblər.

Bu barədə Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl Amerikanın Səsinə deyib.

Xədicə İsmayıl martın 14-də Bakı Şəhər Baş Polis İdarəsində Toplum TV-nin əməkdaşlarına qarşı qaldırılmış cinayət işi üzrə üç saatadək dindirildikdən sonra sərbəst buraxılıb.

Jurnalistin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı rəsmi qurumlardan hələ məlumat almaq mümkün olmayıb.

Martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Toplum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Martın 8-də isə Toplum TV-nin təsisçilərindən Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs qətimkan tədbiri seçilib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG