Accessibility links

Son həbslərə baş redaktorun və Milli Məclisin deputatının fərqli baxışları


Toplum TV-nin ofisində axtarış
Toplum TV-nin ofisində axtarış

Toplum TV-nin baş redaktoru Xədicə İsmayılın və Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun son günlər aparılan həbslərə fərqli baxışları var. Xədicə İsmayıl həbsləri azad medianın sıradan çıxarılması, Bəhruz Məhərrəmov isə beçinci kolonun sıradan çıxarılması kimi xarakterizə edir.

Jurnalist Xədicə İsmayıl
Jurnalist Xədicə İsmayıl

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl Amerikanın Səsinə deyib ki, bu gün daha iki nəfər, - Ruslan İzzətli və Ələsgər Məmmədli həbs edilib.

“Onların daha uzun müddətə saxlanılması ilə bağlı qərar verilib-verilməyəcəyini bilmirəm. Onlardan birinin evində artıq axtarış başlayıb, digərinin evinin qarşısında polislər var”, o qeyd edib.

Xədicə İsmayıl: Hökumət dedi ki, illuziyaya qapılmayın azad media ola bilməz
please wait

No media source currently available

0:00 0:04:00 0:00

Onun sözlərinə görə, axtarış və həbslər iki təşkilatda gedir.

“Toplum TV-nin və Demokratik Təşəbbüslər İnstitutunun ofisində axtarışlar aparılıb və əməkdaşları həbs edilir. Toplum TV-dən Fərid İsmayılov, Müşfiq Cabbar, Elmir Abbasov və indi Ələsgər Məmmədli saxlanılıb. Demokratik Təşəbbüslər İnstitutundan Əli Zeynal (o həm də Toplum TV-nin əməkdaşlarına video montaj təlimləri keçirdi), Akif Qurbanov, İlkin Əmrahov, Ramil Babayev və indi Ruslan İzzətli saxlanılıb. Bundan əlavə Akif Qurbanovun atası və anasını da polis saxlayıb. Onların harada olduğunu hələ bilmirik. Ruslan İzzətlinin həyat yoldaşı, Toplum TV-nin qaynar xəttinin aparıcısı Günel Manaflının da telefonuna zəng çatmır. Axtarış başlayanda evdə idi. Ya telefonunu alıblar, ya da özünü də aparıblar. Xəbər yoxdur”, o qeyd edib.

Ruslan İzzətlinin evi axtarışdan sonra (Mənbə: Sosial şəbəkə)
Ruslan İzzətlinin evi axtarışdan sonra (Mənbə: Sosial şəbəkə)

İsmayıl hesab edir ki, həbslər yenə də davam edə bilər.

“Bu təkrar olunan mənzərədir. 2013-cü ildən başlayaraq repressiv dalğalar davam edir. Amma 2014-cü ildəki həbslərdən fərq var. Məsələn, 2014-cü ildə Azadlıq radiosunda bu baş verəndə, orada həbs olunan tək mən idim. Qalanlarını rahat buraxmışdılar. İndi hamını tutublar mən qalmışam”.

Baş redaktorun fikrincə, həbslərin məqsədi media kanallarının, istər Abzas Media olsun, istər Toplum TV olsun, bunların işlərini bərpa edə bilməməsidir. Yəni, məqsəd budur. Ölkədə heç bir azad media qalmasın. Bu, mənə olduqca məntiqsiz siyatət kimi gəlir. Çünki əslində biz ölkədəki repressiv siyasəti göz ardına alıb normal ölkədəymişik kimi normal jurnalistika fəaliyyəti ilə məşğul olmaq istəyirdik. Amma hökumət dedi ki, illuziyalara qapılmayın, bura hüquqi dövlət deyil, bura normal ölkə deyil. Burada azad media ola bilməz”, Xədicə İsmayıl qeyd edib.

Millət vəkili Bəhruz Məhərrəmov
Millət vəkili Bəhruz Məhərrəmov

Bu arada Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, Azərbaycanda media azaddır və hər kəsin informasiya ilə təmin olunması üçün şərait, o cümlədən bütövlükdə media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığı tam şəkildə təmin olunur.

“Lakin çox təəssüflər olsun ki, ölkədə bəzi media qurumları faktiki olaraq beşinci kolon funksiyasını yerinə yetirir. Bir sıra qərb dövlətləri təsisatları ilə Azərbaycan üçün, Azərbaycanın suverenliyinə təhdid olan niyyətləri üçün alət kimi çıxış edirlər”, o belə düşünür.

Bəhruz Məhərrəmov: Azərbaycanın daxildən beşinci kolon vasitəsilə milli təhlükəsizliyinə təhdidə imkan verməz
please wait

No media source currently available

0:00 0:03:38 0:00
Direct link

Deputat hesab edir ki, Qərb Azərbaycan əleyhinə qarayaxmaları üçün Azərbaycanın yerli media strukturlarından istifadə edir.

“Əlbəttə sırf bu məqsədlər üçün formalaşdırılmış adı çəkilən media təsisatlarının əksəriyyəti uzun müddət idi ki, adı çəkilən azad media prinsipləri ilə pərdələnərək təxribatçılıqla məşğul idilər. Lakin Azərbaycan dövləti qarayaxma kampaniyalarına təmkinlə yanaşıb. Təxribatçılıqla məşğul olsalar belə yerli mediada yaradıcı münasibətə heç vaxt müdaxiə etməyib. Amma milli təhlükəsizlik məsələləri bir dövlət üçün prioritetdir və o cümlədən də Azərbaycanın fiziki sərhədlərini aşa bilməyənlərin daxildən beşinci kolon vasitəsilə milli təhlükəsizliyinə təhdidə təbii ki, imkan verməzdi. Bu baxımdan ölkədə bəzi media qurumları ətrafında həyata keçirilən əməliyyat axtarış tədbirləri heç bir formada media azadlığı kontekstində qiymətləndirilə bilməz. Hüquq mühafizə orqanları səhihliyi şübhə doğurmayan faktlara və təkzibedilməz dəlillərə əsaslanan aidiyyatı tədbirlər həyata keçiriblər. Bizim məqsədimiz şəxsiyyəti, cəmiyyəti, dövləti cinayətkar dəstədən qorumaqdır. Son addımlar da ona yönəlib ki, əməllərinin cinayət olub-olmadığı müəyyən olunsun”.

Məhərrəmli hesab edir ki, cinayət təqibləri tam hərtərəfli və obyektiv şəkildə apaılır.

“Əlbəttə bu tip media qurumları daha çox qərbin aləti kimi formalaşdırıldığı üçün onlar barəsində görülən hüquqi tədbirlər qərbin qeyri-adekvat reaksiyaları ilə müşahidə olunur. Medianın guya təzyiqlərə məruz qalması mövzusunda anti Azərbaycan kampaniyaya başlayıblar. İndi özlərinə bir sual verməlidirlər. Bütövlükdə Toplum TV-nin fəaliyyəti ilə bağlı əvvəllər hər hansı məlumata
malik idilər? Aydındır ki, verilən reaksiyalar öncədən hazırlanan və anti-Azərbaycan kampaniyasının tezislərinin bir hissəsidir. Biz bu proseslərdən agahıq. Qərbin riyakar oyunları və saxta ssenariləri bizi yolumuzdan döndərə bilməz”, Milli Məclisin deputatı qeyd edib.

Öz növbəsində Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin son həbslərlə bağlı sorğusuna hələ cavab verməyib.

Forum

XS
SM
MD
LG