Accessibility links

Həbsdə olan jurnalist bir sıra media orqanlarını məhkəməyə verə bilər


Hafiz Babalı
Hafiz Babalı

Həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı onu gözdən salan məlumatları dərc edən KİV-ləri məhkəməyə verəcəyini bildirib.

Xatırladaq ki, yanvarın 9-da jurnalist bəyanat yayaraq bu məlumatların təkzib edilməsini tələb edib və xəbərdarlıq edib ki, əgər bir həftə ərzində bunu etməsələr, həmin KİV-lərə qarşı diffamasiya üzrə iddia qaldıracaq.

Babalı yeni bəyanatında qeyd edir ki, onun təkzib tələbi təmin olunmayıb və o, təkzib və mənəvi ziyana görə təzminat tələbilə həmin KİV-lərin barəsində mülki iddialar qaldıracaq.

Bundan öncə jurnalist bildrib ki, onun nüfuzuna xələl gətirən materiallar qafqazinfo.az, ikisahil.az saytlarında, ATV telekanalı və digər KİV-də yayımlanıb.

Həmin KİV-də bildirilib ki, Babalı "qrant layihələri çərçivəsində xarici fondlarla əlaqə yaradıb, onların tapşırığı ilə araşdırmalar aparıb, məqalələr hazırlayıb". Eyni zamanda, bir neçə Amerika və Avropa təşkilatının adı çəkilib.

Babalı bildirib ki, sözügedən xarici qurumlarla birbaşa və ya dolayısı ilə əlaqəsi olmayıb. O, beynəlxalq və yerli təşkilatlardan və ya özəl şəxslərdən göstəriş almayıb, "sifarişli" araşdırmalar aparmayıb. Ona qarşı heç bir jurnalist araşdırması üzrə məhkəmə iddiası qaldırılmayıb, heç kim ondan araşdırmalarının heç biriylə bağlı təkzib verilməsini tələb etməyib.

Vəkil Rəsul Cəfərov Amerikanın Səsinə deyib ki, bu, Hafiz Babalının qanunvericiliklə nəzərdə tutulan hüququdur.

“Ümimiyyətlə qanunvericiliyə görə bütün vətəndaşlar onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən məqalələrlə bağlı hüquqi addımlar ata bilər. Hüquqi addımlardan biri də məhkəməyə müraciət edərək təkzibin verilməsi, təzminat ödənilməsi və digər təəblərlə bağlıdır. Hafiz Babalı öz hüququndan istifadə edəcəyini ifadə edib”, o qeyd edib.

Vəkil: Hafiz Babalı işgüzar nüfuzuna xələl gətirən məqalələrlə bağlı məhkəməyə müraciət edəcək
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Vəkil Babalı ilə sonuncu dəfə yanvarın 19-da görüşüb. Babalı məhkəməyə nə vaxt müraciət edəcəyini hələ vəkilinə deməyib.

Jurnalistlərin səhhətinə gəlincə, o, gözü ilə bağlı 3-cü qrup əlildir.

“Qapalı şəraitdə saxlanılması onun gözündə yeni fəsadların yaranmasına səbəb ola bilər. Amma Babalı hələ səhhətində fəsadların yaranıb-yaranmaması ilə bağlı vəkilinə bildirməyib.

Vəkil həmçinin məhkəmələrin jurnalist barəsində həbs- qətimkan tədbirinin seçilməsi və ev dustaqlığına buraxılmaması barədə qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediləcəyini istisna etməyib.

Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı "xarici valyuta qaçaqmalçılığı" ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Babalı "Abzas Media işi" üzrə cəlb edilib.

Hafiz Babalı ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti Hafiz Babalanın həbsini pisləyib və onun azadlığa buraxılmasına çağırıb.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG