Accessibility links

Araşdırmaçı jurnalistə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb


Hafiz Babalı
Hafiz Babalı

Dekabrın 14-də Bakı Şəhər Baş Polis İdarəsində araşdırmaçı jurnalist Hafiz Babalıya qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu barədə Amerikanın Səsinə vəkil Rəsul Cəfərov bildirib.

Onun sözlərinə görə, Babalı ittihamı qəbul etmir və onu jurnalist fəaliyyəti ilə əlaqələndirir.

Hazırda Bakının Xətai Rayon Məhkəməsində Babalı barəsində qətimkan tədbirinin seçilməsi haqqında vəsatətə baxılır.

Vəkil jurnalist Hafiz Babalıya qarşı irəli sürülən ittihamlar haqda danışır
please wait

No media source currently available

0:00 0:00:57 0:00

206.3.2-ci maddə ilə onu 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalını dekabrın 13-də saxlayıb.

Saxlanıldıqdan sonra onun Sumqayıtdakı mənzilində axtarış aparılıb, kompüteri, mobil telefonu, sənədləri müsadirə edilib.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Babalının "Abzas Media" nəşrinin əməkdaşlarına qarşı açılmış cinayət işi çərçivəsində saxlanıldığını bildirib.

Babalı korrupsiya faktları ilə bağlı jurnalist araşdırmaları ilə məşhurdur, bu araşdırmalar "Abzas Media" onlyan nəşrində dərc edilib.

Noyabrın 20-dən etibarən "Abzas Media"nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı və reportyor Nərgiz Absalamova saxlanılıb. Onlara qarşı "qaçaqmalçılıq" ittihamı irəli sürülüb. Burada Azərbaycan dövlət məmurları arasında korrupsiya ilə bağlı jurnalist araşdırmaları üçün xarici donorlardan "qanunsuz" pul (qrant) alınması nəzərdə tutulur.

Xatırladaq ki, Hafiz Babalı son günlər həbs edilən 8-ci jurnalistdir.

Forum

XS
SM
MD
LG