Accessibility links

"Abzas Media"nın işi Xətai rayon məhkəməsinə qaytarılıb


"Qardaşıma deyiblər ki, Ombudsman da bizim adamdır, şikayətinə baxan deyil"
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızının və onların ailə üzvlərinin bank hesablarına həbs qoyulması və bank məlumatlarının ələ keçirilməsi ilə bağlı şikayətə baxılıb.

Hakim işi Xətai Rayon Məhkəməsinə geri qaytarıb. Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə açıqlamasında bildirib ki, məhkəmənin qərarı əsassızdır.

"Biz məhkəmənin qərarından ona görə şikayət vermişik ki, məhkəmə öz qərarını əsaslandırmayıb. Biz həm də müddətin bərpasına dair vəsatətlər vermişdik. Çünki qərarlar noyabr ayında verilib, biz isə dekabr ayında xəbər tutmuşuq. Ümumiyyətlə, bizi heç məhkəməyə də dəvət etməmişdilər ki, belə bir qərarlar qəbul olunacaq, sizin fikriniz nədir. Xətai Rayon Məhkəməsi həmin vəsatətə baxmadığı üçün Bakı Apellyasiya Məhkəməsi işi yenidən Xətai Rayon Məhkəməsinə geri qaytardı. Bizim vəsatətə münasibət bildirildikdən sonra Bakı Apellyasiya Məhkəməsinə göndəriləcək", vəkil deyib.

Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov bildirib ki, məhkəmədə icraat pozulub.

"İlqar Murquzovun sədrliyi ilə keçirilən birinci məhkəmə iclasında birlikdə şikayət verilməsinə baxmayaraq, Ülvi Həsənli və Sevinc Vaqifqızı ayrı-ayrı iclaslarda məhkəməyə gətirildi. İkinci məhkəmə iclası Həsən Əhmədovun sədrliyi ilə baş tutdu. O, heç bir əsas olmadan Sevinc Vaqifqızını məhkəmə iclasına gətirmədi", o bildirib.

Abzas Medianın direktoru Ülvi Həsənlinin bacısı Nərmin Həsənova deyir ki, qardaşına hədə-qorxu gəliblər.

"Bakı İstintaq Təcridxanasının sədri Elnur İsmayılov və müavini Cavid Ülvinin kamerasına gəlib ona hədə qorxu gəliblər. Deyiblər ki, sən niyə Ombudsmana şikayət yazırsan. Ombudsman onsuz da bizim adamımızdır, sənin işinə baxmayacaq. Şikayətlərə davam etsən burada vəziyyətin pisləşəcək", o bildirib.

"Qardaşıma deyiblər ki, Ombudsman da bizim adamdır, şikayətinə baxan deyil"
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Vəkillər jurnalistlərin və onların ailə üzvlərinin bank hesablarına həbs qoyulması ilə bağlı qərarı qanuni hesab etmirlər.

Bununla bağlı Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.

Ülvi Həsənli noyabrın 20-də, Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

"Abzas Media"nın daha iki əməkdaşı - direktor müavini Məhəmməd Kekalov noyabrın 20-də, jurnalist Nərgiz Absalamova isə noyabrın 30-da saxlanılıblar. Onlar barəsində müvafiq olaraq 3 ay 27 gün və 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər dörd şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbi kimi "Abzas Media"da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.

Forum

XS
SM
MD
LG