Accessibility links

Jurnalist Hafiz Babalı saxlanılıb


Hafiz Babalı
Hafiz Babalı

Dekabrın 13-də Turan İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin müdiri, araşdımaçı-jurnalist Hafiz Babalı polis tərəfindən saxlanılıb.

Babalının ailəsindən Amerikanın Səsinə bildiriblər ki, bu gün Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi və 8 polis əməkdaşı Babalının evində axtarış aparıb.

“Hafiz işə gedərkən polislər saxlayıb və əllərini qandallayıb. Sonra evimizdə iki saatdan çox axtarış apardılar. Hər yeri axtardılar. Axtarış evimizin hər yerində oldu. Hətta uşaqların kitablarının arasını belə yoxladılar. Hafizin komputerini, telefonunu və onun işi ilə bağlı olan bir sıra sənədləri götürdülər”, jurnalistin ailəsindən Amerikanın Səsinə deyiblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə bildirib ki, Babalı “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı açılan cinayət işi çərçivəsində saxlanılıb.

Hafiz Babalı bir neçə gün öncə “Abzas Media” internet nəşrinin işi ilə bağlı Bakı şəhər Baş Polis idarəsində dindirilib. O yüksək vəzifəli şəxslərin korrupsiya əməlləri ilə bağlı çoxsaylı araşdırmaların müəllifidir. Araşdırmalarına görə, beynəlxalq mükafata da layiq görülüb.

Hafiz Babalı son günlər saxlanılan səkkizinci jurnalistdir.

Forum

XS
SM
MD
LG