Accessibility links

Mingəçevir şəhərində İranda azərbaycanlı fəalların həbsinə etiraz olaraq plakatlar yayılıb


Azərbaycan Respublikasının Mingəçevir şəhərində (Bakıdan 336 kilometr qərb) İran Azərbaycanında həbs edilən siyasi fəallara azadlıq tələb edən plakatlar yayılıb.

"Cənubi Azərbaycanın (İran Azərbaycanı) Səsi" internet nəşri X platformasında bildirib ki, Mingəçevir şəhərində qanunsuz həbs edilən azərbaycanlı fəallara dəstək vərəqələri paylanılıb. Nəşr həmçinin plakatların fotolarını da yayıb.

“Azərbaycanlı mülki şəxslər İran hakimiyyətini öz soydaşlarını azad etməyə çağırır,” məlumatda qeyd edilir.

Azərbaycanın və İranın rəsmi qurumları X platformasında yayılan məlumata hələ münasibət bildirməyib.

Medianın məlumatlarına görə, hazırda İran Azərbaycanında yaşayan on milyonlarla azərbaycanlıların mədəni hüquqlarının bərpa olunması tələbi ilə etiraz edən onlarla fəal həbsdədir.

Həbsdə olan fəallar ana dilində məktəb, mətbuat və digər fundamental haqlarını tələb edir.

İranda hüquq müdafiəçisi Məhsa Əminin 2022-ci il sentyabrın 16-da müəmmalı ölümündən sonra başlayan “hicaba etiraz hərəkatı” ilə əlaqəli də onlarla azərbaycanlı fəal həbs edilib.

Forum

XS
SM
MD
LG