Bu yaxınlarda 10 ildən artıq həbs cəzası Zəncan Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılan siyasi fəal Məhəmməd Məliki hökmün icrası üçün inqilab məhkəməsinin icra şöbəsinə çağırılıb.
İran Wire xəbər saytı və Abbas Lisani Telegram kanalı kimi mənbələr bu barədə məlumat yayıblar.
“Zəncanda yaşayan mədəni fəal və türk etirazçı Məhəmməd Məliki həbs cəzasının icrası üçün birinci icra şöbəsinə çağırılıb. Birinci şöbənin prokuror yardımçısı Muctaba Hüseyninin imzaladığı çağırışa görə, cənab Məliki yanvarın 6-da şöbəyə müraciət etməlidir,” İran Wire bildirib.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Məliki keçən sentyabr ayında 2022-ci ildəki hökümət əleyhinə etirazların ildönümü günlərindəs nəzarət altına alınmış və təqribən 1 ay nəzarətdən sonra mülki zəmanətlə müvəqqəti olaraq sərbəst buraxılıb.
O, daha sonra “İslam Respublikası nizamına qarşı təbliğat”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “daxili təhlükəsizliyi pozmaq məqsədi ilə Telegram kanalı açıb və idarə etmək” ittihamları üzündən müvafiq olaraq 8 ay, 3 il və 7 ay və 6 il bir gün həbsə məkum olunub. Məlikinin həbs cəzasının 5 ili 5 il sınaq müddəti olmaqla şərti hesab olunub.
Forum