İranda hicab əleyhdarı fəal Röya Heşmətiyə məcburi hicab taxmadığına görə İran hakimiyyəti tərəfindən irəli sürülən“ictimai iffətə xələl gətirmək” ittihamı ilə 74 dəfə şallaq vurulub.
Vəkili Mazyar Tataienin bildirdiyinə görə, Heşməti keçən ilin aprel ayında sosial şəbəkədə hicabsız fotosunu paylaşdıqdan sonra Tehrandakı evində saxlanılıb.
Tataie bildirib ki, Heşmati iki fərqli iş üzrə mühakimə olunub və “sistem əleyhinə təbliğat”, “islami hicab taxmadan ictimai yerlərdə olmaq”, “ictimai iffətə zərər vurmaq”, “ədəbsiz məzmun hazırlamaq” və “korrupsiyanı təşviq etmək” ittihamları ilə üzləşib.
Vəkil bildirib ki, Heşməti 15 günlük həbs cəzasını çəkib və apellyasiya məhkəməsi onun “ictimai iffətə xələl gətirmək” ittihamı ilə 74 şallaq cəzasını qüvvədə saxlayıb.
Vəkilin sözlərinə görə, Heşməti hicabın məcburi olmasını qanun hesab edən hakimə deyib ki, “qoy qanunları icra etsin, biz müqavimətimizi davam etdirəcəyik”.
Birləşmiş Millətlər Təşkilatı və insan hüquqları təşkilatları barmaqların kəsilməsi və şallaq vurulması kimi cəzaları “barbar”, “orta əsrə aid” və “işgəncə” formaları kimi ardıcıl olaraq pisləyir. Onlar israrla İranda bu fiziki cəzaların ləğv edilməsini tələb ediblər.
Forum