Accessibility links

Ural Hatəmi: Yürüş Mehrəlibəyli və İbrahim Savalan gəncliklərini İran həbsxanalarında keçiriblər


Ural Hatəmi
Ural Hatəmi

İran Azərbaycanında keçən sentyabr ayından bəri tanınmış siyasi fəallara qarşı başladılan təzyiqlər davam edir. Son aylarda bir çox fəal uzun müddət kəşfiyyat qurumunun təcridxalalarında sorğu-sual edilib. Keçmişdə mühakimə olunan çox sayda fəal haqqında isə hökm oxunub.

Sosioloq və siyasi fəal Ural Hatəmi Amerikanın Səsinə müsahibədə türk fəallara qarşı artan basqılar və İran hökümətinin bu həbslərlə hansı hədəfləri izlədiyini şərh edib.

Ural Hatəmi: Yürüş Mehrəlibəyli və İbrahim Savalan gəncliklərinin önəmli bir dönəmini İran həbsxanalarında keçiriblər
please wait

No media source currently available

0:00 0:09:32 0:00
Direct link

Hatəmi İran hökümətinin ən çox da “ardıcıl və planlı fəaliyyət yürüdən fəallardan qorxduğunu.” vurğulayıb.

“İran hakimiyyəti hər zaman Azərbaycanda basqılarını davam etdirib. Ancaq bəzi dövrlərdə biz bunun artdığını görürük. Bəzi dövrlərdə çox tanınmış aparıcı fəalların tutulduğunu görürük. Bəzi dövrlərdə də adları çox bilinməyən və ya az bilinən insanların həbs olunduğunu görürük”, Ural Hatəmi deyib.

O, hazırda kəşfiyyat qurumunun Təbriz və Ərdəbildəki təcridxanalarında saxlanılan tanınmış fəallar İbrahim SavalanYürüş Mehrəlibəyliyə işarə edərək deyib ki, “son aylarda biz görürük ki, hakimiyyət daha tanınmış və daha effektiv insanlarımızın həbsinə başlayıb. Bunun əslində bir çox mesajı və mənası ola bilər. Xüsusən İbrahim Savalan və Yürüş Mehrəlibəyliyə baxanda, həbs bir şəkildə bunların kimliyinə çevirilib, bunların həyatlarının bir parçası olub. Bu insanlar gəncliklərinin önəmli bir dönəmini həbsxanalarda keçiriblər. Arada bir gəlib götürürlər, təhdid olunurlar, işgəncə olunurlar. Kitablarını, kompüterlərini və əşyalarını alıb götürürlər. Onlar yenidən çıxır və fəaliyyətlərini davam etdirir”.

Hatəmi hökümətin ən çox ardıcıl və planlı fəaliyyətlərdən qorxduğunu önə çəkib.

“Hakimiyyətin ən çox qorxduğu şey ardıcıl və planlı fəaliyyətlərdir. Yəni, arıdıcıl və planlı fəaliyyət edən fəallardır. Bir strategiyası olan, ardıcıl bir fəaliyyəti illərdən bəri yürüdən insanlar və fəaliyyət şəkli hakimiyyətin ən çox qorxduğu şeydir. Baxdığımız zaman bu son zamanlarda tutulanların çoxu elə bunlardır”, siyasi fəal qeyd edib.

O əlavə edib ki, “mənim təxminim budur ki, İranın təhlükəsizlik və kəşfiyyat qüvvələri bu şəkildə fəaliyyət edən insanların dosyelərini fərqli bir kategoriyada ələ alırlar. Yəni, bu fəalların dosyesini heç bir zaman tamamən masalarından qaldırmırlar. O, dosyelər rəflərdə qalır və nə zaman ki, bir fürsət tapırlar, ayrı böhranlardan və hadisələrdən başları ayılır, bu dosyeləri çəkirlər və o fəallarla bir şəkildə uğraşmağa başlayırlar”.

Forum

XS
SM
MD
LG