Milli fəal İbrahim Rəşidinin X (keçmiş Twitter) hesabında yayılan məlumata görə, bu gün, dekabrın 31-də o, Meşkinşəhr (Xiyav) prokurorluğundan Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb.
Ona aid olan X hesabından paylaşılan məlumata görə, milli fəal prokurorluqda “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” ilə ittiham olunub. İbrahim Savalan 24 saat Prokurorluqda nəzarət altına alındıqdan sonra dindirilmək üçün Ərdəbil kəşfiyyatının təcridxanasına köçürülüb.
Həbsin səbəbləri və güneyli jurnalistə qarşı irəli sürülən ittihamla bağlı dəqiq məlumat yoxdur.
İbrahim Savalan kimi tanınan İbrahim Rəşidi Ərdəbil vilayətinin Meşkinşəhr (Xiyav) şəhərinin Mirkəndi kəndində öz evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Dekabrın 30-da evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən güneyli jurnalist İbrahim Rəşidi daha öncə də dinc fəaliyyətlərindən dolayı dəfələrlə həbs edilərək müxtəlif məhkəmələrdə həbs cəzasına məhkum edilib.
İbrahim Rəşidi illərdir ki, davamlı olaraq, sosial media platformalarında Azərbaycan və İranınla bağlı müxtəlif məsələlər, o cümlədən siyasi və ictimai mövzulara dair qeydlərini dərc edir.
Forum