Accessibility links

Güneyli jurnalist İbrahim Rəşidi saxlanılıb


Güneyli jurnalist İbrahim Rəşidi
Güneyli jurnalist İbrahim Rəşidi

Milli fəal İbrahim Rəşidi dekabrın 30-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Onun həbsi barədə məlumat günorta vaxtı özünün Instagram səhifəsində yayılıb.

İbrahim Savalan kimi tanınan İbrahim Rəşidi Ərdəbil vilayətinin Meşkinşəhr (Xiyav) şəhərinin Mirkəndi kəndində öz evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Onun həbsinin səbəbi və ya ona qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat yoxdur.

İran Azərbaycanının fəallarından olan İbrahim Rəşidi (Savalan) mədəni və dinc fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və təcridxanada dindirilib. Savalan, müxtəlif məhkəmələrdə dəfələrlə həbs cəzası da alıb.

İbrahim Rəşidi illərdir ki, davamlı olaraq, sosial media platformalarında Azərbaycan və İranın müxtəlif məsələlərinə, o cümlədən siyasi və ictimai mövzulara dair qeydlərini dərc edir.

Forum

XS
SM
MD
LG