Accessibility links

Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi siyasi fəal Yunus Quluzadənin şikayətini təmin etməyib


Yunus Quluzadə
Yunus Quluzadə

Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi 2022-ci ildə Urmiyə gölü üçün keçirilən etiraz kampaniyaları ilə bağlı cərimə ödəməyə məhkum olan Yunus Quluzadənin şikayətini təmin etməyib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, Quluzadənin etirazına Apellyasiya Məhkəməsinin 2-ci şöbəsində baxılıb.

Təbriz Cəza Məhkəməsi bir neçə ay əvvəl Yunus Quluzadə və digər siyasi fəal İbrahim Asmanini həbs və şallaq cəzasının əvəzi olaraq 22 milyon tümən cərimə ödəməyə məhkum edib. Məhkəmə pul cəzasını 5 il sınaq müddəti olmaqla şərti hesab edib.

Quluzadə və Asmani "ümumi intizam və asayişi pozmaq" ittihamı ilə mühakimə edilmişdilər.

2022-ci ilin iyul ayında İran Azərbaycanında Urmiyə gölü üçün keçirilən etiraz aksiyaları zamanı çox sayda vətəndaş nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxılmışdı.

2022 iyul ayının 16-da İran Azərbaycanının müxtəlif şəhərlərində Urmiyə gölündə yaşanan ekoloji fəlakətlə əlaqədar etiraz kampaniyaları təşkil olunmuşdu. Həmin gün Urmiyədə küçə aksiyası baş tutmuşdu. Urmiyə, Təbriz, Ərdəbil, Sulduz və Qoşaçay kimi şəhərlərdə onlarla vətəndaş nəzarət altına alınmışdı.

Forum

XS
SM
MD
LG