Accessibility links

İrandan olan türk xalqları Berlində mitinq keçirəcək


İrandan olan türk xalqları Berlində mitinq keçirəcək (Foto Saleh Kamraninin facebook səhifəsindəndir)
İrandan olan türk xalqları Berlində mitinq keçirəcək (Foto Saleh Kamraninin facebook səhifəsindəndir)

Mayın 20-də Berlində Avropada yaşayan Güney Azərbaycan (İran Azərbaycanı-red), Qaşqay, Xorasan və Türkmən Səhra türklərinin “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarı ilə ikinci mitinqi keçiriləcək.

Bu barədə “Azadlıq, Ədalət, Milli Hökumət!” mitinqinin koordinasiya mərkəzinin bəyanatında deyilir.

“Millətimiz birinci Brüssel mitinqində böyük nailiyyət əldə edib. İrqçi İran İslam rejiminə qarşı milli mübarizə tarixində yeni səhifə açmışıq. Yalnız İrandakı qanlı diktatorluğun millətimizə qarşı hər cür zülm və basqıları davam edərkən Berlin mitinqinin daha möhtəşəm keçəcəyinə inanırıq. Berlin mitinqi ilə millətimizin haqq tələblərini daha yüksək səslə dünyaya çatdıracağıq”, sənəddə qeyd edilir.

Mitinq mayın 20-də Berlin vaxtı ilə saat14-də başlayacaq.

“Bu vəsilə ilə Avropada yaşayan bütün Güney Azərbaycan, Qaşqay, Xorasan və Türkmən Səhra türklərini, Quzey Azərbaycanlı (Azərbaycan Respublikası-red) və Türkiyəli bacı və qardaşlarımızı, eləcə də İran rejiminin zülmünə məruz qalan bütün millətlərin fərdlərini bu mitinqdə iştirak etməyə dəvət edirik”, bəyanatda qeyd edilir.

Mitinqin koordinasiya mərkəzinin yetkilisi Saleh Kamrani deyib ki, 2006-cı ilin mayında keçirilən etiraz aksiyaları Güney Azərbaycanın milli hərəkatı tarixində əsaslı dönüş nöqtələrindən biri olub.

“2006-cı il mayın 12-də İran hakimiyyəti “İran” rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar. Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində azı 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Hər il, azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, bu tarixi gündə - Birinci Xordad hadisələri zamanı həlak olanların xatirəsini yad edirlər”, o qeyd edib.

İran hökuməti bu bəyanata hələ ş.ərh verməyib. İranın Bakıdakı səfirliyi isə bir qayda olaraq Amerikanın Səsinin sorğularına cavab vermir.

Xatırladaq ki, “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarı ilə birinci aksiya bu il martın 25-də Brüsseldə keçirilib.

XS
SM
MD
LG