Accessibility links

Ural Hatəmi: Onların 'İranın ərazi bütünlüyü' şərtinə qarşı qeyri-farsların da 'öz müqəddəratını təyin etmə' şərti var


Ural Hatəmi
Ural Hatəmi

Sosioloq Ural Hatəmi Amerikanın Səsinə müsahibədə ölkə xaricindəki İran müxalifətində bəzi qrupların birlik çağırışlarını dəyərləndirib. Hatəmi birləşmənin şərtləri və mahiyyətinin media gücünə sahib olanlar tərəfindən müəyyən edildiyini ifadə edir:

Ural Hatəmi: Onların 'İranın ərazi bütünlüyü' şərtinə qarşı qeyri-farsların da 'öz müqəddəratını təyin etmə' şərti var
please wait

No media source currently available

0:00 0:11:24 0:00
Direct link

Son vaxtlar ölkə xaricində iranlı dissident qrupların idarə etdiyi aparıcı farsdilli mediada İslam Respublikasına müxalif qüvvələr arasında birləşmə zərurəti hər zamandan daha artıq vurğulanır. Lakin qeyri-fars icmalar, eləcə də bəzi solçu və liberal qruplara mənsub qüvvələr birlik bəhanəsi ilə tələblərindən əl çəkmələri üçün basqı altında olduqlarını önə çəkirlər.

Ural Hatəminin dediklərinə görə, "xaricdə xüsusən son bir-iki ay içərisində birlik adı ilə görünən [təşəbbüslərdə] əslində İran müxalifətinin tamamı təmsil olunmur. Yəni, birlik adı verilir amma əslində birlik deyil. Bu sadəcə əlində mediası olan, əlində pulu olan bir kəsimin birliyidir və bu, sözdə birliyə qatılmayan və ya bunun xaricində tutulan çox sayda siyasi qruplar, siyasi diskurslar və siyasi hərəkatlar var".

Hatəmi birləşmənin şərtləri və mahiyyətinin media gücünə sahib olanlar tərəfindən müəyyən edildiyini ifadə edir:

"Əlində güclü mediası olan məlum qruplar var ki, birlik kimi bir sıra önəmli məfhumları öz inhisarlarında tuturlar. Yəni, onların dediyi birliyin xaricində bir birliyi qəbul etmirlər. Özləri öncədən masanı bəlli edirlər. Kürsülərin sayını bəlli edirlər. Çərçivəni bəlli edirlər. Sonra da deyirlər gəlin oturun burada birlik olaq. Ancaq, birliyin şərtlərini sadəcə bir tərəf müəyyən edə bilməz".

İran müxalifətində birləşmə və əməkdaşlıq üçün ən çox səsləndirilən şərtlərdən biri İranın ərazi bütünlüyünə bağlılıq şərtidir. Qeyri-fars icmalara mənsub qüvvələr isə bu şərtin milli hüquqları inkar etmək məqsədilə ortaya qoyulduğunu önə çəkirlər.

Hatəminin sözlərinə görə, türklərin və başqa qeyri-fars millətlərin istəkləri illər boyu fəaliyyətin nəticəsində açıq və aydındır. Əgər qarşıdakı siyasi qrup İranın torpaq bütünlüyünü deyirsə, bu tərəf də öz müqəddəratını təyin etmə haqqını deyir.

Keçən illərdə Azərbaycan Milli Hərəkatına mənsub bəzi qüvvələr İranın digər siyasi qruplarının təşkil etdiyi ittifaqlara daxil olub, ancaq, daha sonra digər tərəflərin "Güney Azərbaycanın həssasiyyətlərinə" diqqət yetirmədiyi üçün ittifaqdan ayrılıblar.

Ural Hatəmi deyir ki, bizim fəalların tərəfində də biraz qüsurlar vardır. Əgər başqa qruplarla bir masaya oturursansa hər şeydən öncə həssasiyyətlərini onlara açıqlamağın lazimdir. Onların da həssasiyyətlərini eşitməyin lazimdir. Əgər birlik adına bir bəyanat veriləcəksə, birlik adına bir şüar hətta çıxarılacaqsa bu həssasiyyətlər nəzərdə tutulub da çıxarılmalıdır. Masada birlikdə oturduğun bir qrupun həssas nöqtələrini bilməmək və ya bilərək o həssas nöqtələrə hücum etmək əsasən birliyin dağılması deməkdir.

XS
SM
MD
LG