Accessibility links

Ural Hatəmi: İran hakimiyyəti qadının saçını öz varlığına təhdid olaraq görür


Ural Hatəmi
Ural Hatəmi

Sosioloq və siyasi fəal Ural Hatəmi Amerikanın Səsinə müsahibədə İran İslam Respublikasına sadiq olan qüvvələrin sayının getdikcə azaldığını önə çəkir.

Ural Hatemi: İslam Respublikasına sadiq olan qüvvələrin sayı azalır
please wait

No media source currently available

0:00 0:13:51 0:00
Direct link

Hatəmi təqribən iki həftədir bütün ölkəni bürüyən kütləvi aksiyalara diqqət çəkərək deyir ki, "rejimin əlində qalan vəfalı qüvvələr azdır. Amma bu qüvvələr şiddət və zorakılıqdan istifadə edən qüvvələrdir. Ona görə, biz indi küçələrdə görürük ki, insanlara qarşı bu qədər acımasız davranırlar".

Qadın məsələsi, qadının geyinməsi və qadının saçı məsələsi İran rejimi tərəfindən elə bir yerə qoyulub ki, əgər bu sədd keçilərdə rejim belə düşünür ki, yıxılması daha rahat olar.

Ural Hatəmi hesab edir ki, qadınlar və qadın məsələləri bu aksiyaların başlıca mühərriki olsa da, aksiyalar hazırda rejimin bütün struktur və sisteminə qarşı etiraza çevrilib.

"Bu etirazlarda qadınların problemləri önə çıxdı. Qadınların inqilabı və qadınların üsyanı olaraq adlandırıldı. Ancaq məsələ artıq sadəcə qadın məsələsi deyil. İran rejiminin bütün strukturları ilə bağlı olaraq bu çürümüş sistemin varlığına bir etiraza dönüşdü. Yəni, problem rejimdir artıq. Qadın məsələsindən tut iqtisadiyyata qədər, işsizliyə qədər, ayrı-seçkiliklərə, haqsızlıqlara, İrandakı millətlərin vəziyyətinə qədər, İran çərçivəsində olan problemlər bu etirazlarda səsləndirildi və səsləndirilməyə davam edir" , o deyib.

Sosiloqun sözlərinə görə, qadınların geyimi və həyat tərzinə müdaxilə etmək hakimiyyətə gəlməsindən etibarən İslam Respublikasının ideologiyasının bir hissəsi olub:

Bu etirazlarda biz ən öndə getməliyik. Çünki, bizə olan zülm Tehrana görə, İsfahana görə, Yəzdə görə ikiqatdır.

"1979 İnqilabından sonra rejimin ilk işlərindən bu oldu ki, qadını məhdudlaşdırmağa başladı. Yəni cəmiyyətin ümumi sahələrində qadınların həyatını məhdudlaşdırdı. Geyimi olsun, işi olsun və başqa məsələləri. Bu, İran İslam Respublikasının ideologiyasıdır. Bu, kişilərdə də oldu. 5-10 il bundan əvvələ qədər İranda hərkəs saqqalını kəsə bilmirdi. Universitetlərdə qolu-qısa köynək geymək mümkün deyildi. Yəni bu rejim ideologiyası etibarı ilə insanların geyimi, həyat tərzi, dünya görüşü, nə içəcəyi, nə yeyəcəyi və hər şeyinə qarışan bir rejimdir".

Hatəminin dediklərinə görə, İslam Respublikası hakimiyyəti qadınlara qoyulan bu maneələrin qaldırılmasını öz varlığı üçün təhdid hesab edir.

Bu etirazlarda qadınların problemləri önə çıxdı. Qadınların inqilabı və qadınların üsyanı olaraq adlandırıldı. Ancaq, məsələ artıq sadəcə qadın məsələsi deyil. İran rejiminin bütün strukturları ilə bağlı olaraq bu çürümüş sistemin varlığına bir etiraza dönüşdü.

O, İranın müxtəlif şəhərlərində yüzlərlə etirazçı qadınının hicabını açmasına diqqət çəkərək deyir ki, "qadın məsələsi, qadının geyinməsi və qadının saçı məsələsi İran rejimi tərəfindən elə bir yerə qoyulub ki, əgər bu sədd keçilərdə rejim belə düşünür ki, yıxılması daha rahat olar".

Ural Hatəmi müsahibədə, həmçinin İran Azərbaycanında geniş aksiyaların təşkil olunduğunu, ancaq bunun farsdilli mediada yetərincə işıqlandırılmadığını önə çəkir:

"Hədis Nəcəfi adında etirazçı türk qızın ölümündən sonra sosial mediada açılan haştaqlara baxdığımız zaman farsdilli media və çox sayda təqibçisi olan farsdilli səhifələr Hədis Nəcəfi haştaqını belə istifadə etmədilər. Bu etirazlarda biz ən öndə getməliyik. Çünki, bizə olan zülm Tehrana görə, İsfahana görə, Yəzdə görə ikiqatdır. Amma xaricdəki fars mediasının İranın dövlət mediası kimi bunu əks etdirməyəndə bizim haqqımız var deyək ki, niyə belə edirsən? Niyə birini qəhrəman edirsən, birinin heç adını çəkmirsən"?

XS
SM
MD
LG