Accessibility links

Rza Talibi: “Birləşmək üçün bir şəxsi mərkəzə qoyurlar, İran toplumundakı fərqlilikləri göz ardı edirlər”


Rza Talibi
Rza Talibi

Jurnalist Rza Talibi Amerikanı Səsinə müsahibədə İranda hökümət əleyhinə davam etməkdə olan ümummilli etirazlar fonunda ölkə xaricində fəaliyyət göstərən müxalif qüvvələr arasında birləşmə təşəbbüslərini dəyərləndirib.

please wait

No media source currently available

0:00 0:14:55 0:00
Direct link

“Lidersizlik və xalqın bir şəkildə orqanik olaraq bir-biri ilə əlaqədə olmaması səbəb olur ki, hakimiyyət onları fərqli yerlərdə basdırıb və əzdirsin. Ancaq görünən budur ki, [qeyri-fars] etnik qruplar və fəqli məzhəbdə olanlar, yəni, sünni bölgələrdə və ya türklər, kürdlər, lurlar və digər etnik qrupların yaşadığı bölgələrdə etirazlar ardıcıl şəkildə davam edir,” Rza Talibi söyləyir.

Birlik məsələsində ümumiyyətlə bir şəxs mərkəzdə olur. Digər partiyaları, digər kəsimləri və digər etnik kimlikləri və ya bütün fərqlilikləri göz ardı edərək bir şəxsi mərkəzə qoyaraq onun ətrafında toplaşmağa çalışırlar.

Keçən dekabr ayının 31-də xaricdə yaşayan bəzi tanınmış iranlı müxaliflər, o cümlədən İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi, siyasi fəal Hamid İsmailiyun, keçmiş futbolcu Əli Kərimi, aktrisa Gülşiftə Fərahani, aktrisa Nazənin Bünyadı və dissident jurnalist Məsih Əlinejad öz sosial media hesablarında birgə mətn paylaşaraq 2023-cü ili “İranda azadlıq və ədalətin bərqərar olacağı il” olaraq adlandırdılar.

Ölkə xaricində faəliyyət göstərən aparıcı farsdilli media birgə mətnin paylaşılmasını müxalifət qüvvələri arasında bir ittifaqın başlanğıcı kimi dəyərləndirir. Ancaq qeyri-fars etnik icmalara mənsub qüvvələr, habelə feminist və solçu fəallar sözügedən təşəbbüsü İranda müxtəlif kəsimlərin iştirakı ilə başladılan hərəkatı ələ keçirmə cəhdi olaraq görürlər.

Rza Talibi bu birləşmə təşəbbüslərini İran toplumundakı fərqlilikləri göz ardı edərək müəyyən bir şəxsin üzərində cəmləndiyi üçün tənqid edir.

“Hakim söyləmin içərisində dəyərləndirdiyimiz zaman birlik məsələsində ümumiyyətlə bir şəxs mərkəzdə olur. Digər partiyaları, digər kəsimləri və digər etnik kimlikləri və ya bütün fərqlilikləri göz ardı edərək bir şəxsi mərkəzə qoyaraq onun ətrafında toplaşmağa çalışırlar. Ancaq, mərkəzdə olan şəxs məşruiyyət və qəbul görmək baxımından sual altında olduğu zaman, o birlik də sual altına gedə bilər. İranın keçmiş şahının oğlu Rza Pəhləvi özünü mərkəzdə görür. Yanındakı insanları meydana salır və onlar da müxtəlif platformalarda İslam Cümhuriyyəti getdikdən sonra krallığı bir alternativ kimi [təbliğ edirlər].”

İnsanları susmağa dəvət edərək eyni 1979-da olduğu kimi edirlər. O dönəm deyirdilər, hələ tənqidin vaxtı deyil, hələ bu sözlərin vaxtı deyil və Xomeyni kimi şəxs gəlib ölkəni bu duruma gətirdi. Eyni prosesi indi təkrar etmək istəyirlər.

Sentyabr ayında İranda baş qaldıran ümummilli etirazların ilk həftələrində müxtəlif ölkələrdə yaşayan iranlı mühacirlər ABŞ, Kanada, Almaniya, Türkiyə, İsveç və İngiltərə daxil olmaqla bir çox ölkədə İrandakı etirazçılara dəstək mitinqləri keçirdilər. Oktyabrın 22-də Almaniyanın Berlin şəhərində təşkil olunan böyük mitinq, xüsusilə müxtəlif etnik və məzhəbi azlıqlara mənsub qüvvələrin iştirakı ilə diqqət çəkmişdi. Berlin mitinqi PS752 Uçuş Qurbanlarının Ailələri Cəmiyyətinin sözçüsü Hamid İsmailiyunun çağırışı ilə təşkil olundu. İsmailiyun İranın 2020-ci ildə Tehran üzərində vurduğu Ukraynanın sərnişin təyyarəsində həyat yoldaşı və qızını itirib.

Berlin mitinqində qeyri-fars icmalara mənsub siyasi qüvvələrin iştirakı onları bölücülkdə suçlayan İran milliyyətçilərinin təpkisinə səbəb oldu.

Rza Talibi Berlin mitinqinə işarə edərək deyir ki, “çalışırlar birlik adına fərqli səsləri kəssinlər. Məsələn Belin mitinqinə baxdığımız zaman, orada fərqli qrupların iştirak etməsi bunlara çox dəyişik gəlmişdi. Buna görə, İranın ərazi bütünlüyü məsələsini ortaya qoyaraq fərqlilikləri bölücülük kimi göstərirlər. Yəni İslam Cümhuriyyətinin söyləmi birlikdə ilə hərəkət edirlər. Yəni insanların ağzını bağlayaraq, insanları susmağa dəvət edərək eyni 1979-da olduğu kimi edirlər. Necə ki, o dönəm deyirdilər, hələ tənqidin vaxtı deyil, hələ bu sözlərin vaxtı deyil və Xomeyni kimi şəxs gəlib ölkəni bu duruma gətirdi. Eyni prosesi indi təkrar etmək istəyirlər.”

XS
SM
MD
LG