Accessibility links

Şəqayiq Əlizadə həbs edilib, Leyla Nasirinin həbsi davam edir, Zöhrə Ələkbəri zəmanətlə buraxılıb


Şəqayiq Əlizadə, Leyla Nasiri və Zöhrə Ələkbəri Cəm
Şəqayiq Əlizadə, Leyla Nasiri və Zöhrə Ələkbəri Cəm

Hüquq müdafiə təşkilatları Urmiyədə tələbə Şəqayiq Əlizadənin nəzarət altına alındığı, Leyla Nasirinin həbsinin Marağa şəhərində davam etdiyi və Tehranda Zöhrə Ələkbər Cəmin zəmanətlə sərbəst buraxıldığını bildirirlər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi bildirir ki, İranın təhlükəsizlik qüvvələri Təbrizin İslami İncəsənət Universitetin tələbəsi Şəqayiq Əlizadəni Urmiyədə saxlayıblar.

Həmçinin, hüquq müdafiə cəmiyyəti Ərk Şərqi Azərbaycan vilayətində Leyla Nasirinin 50 gündən artıqdır nəzarətdə saxlandığına dair məlumat yayıb.

Leyla Nasiri keçən noyabr ayının 20-də Şərqi Azərbaycan vilayətinin Binab şəhərində saxlanılıb. Ərk onun bir müddət Binabda təhlüksizlik təcridxanasında sorğu-sual edildikdən sonra vilayətin digər şəhəri Marağa həbsxanasına göndərildiyini bildirib. Nasirinin işgəncəyə məruz qaldığı barədə xəbərlər yayılıb.

İran tələbələr birliyi şuralarının Telegram kanalında bildirdiyinə görə, tələbə Zöhrə Ələkbəri Cəm mülki zəmanət qarşılığında Tehranın Evin həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

Əslən Zəncan şəhərindən olan Ələkbəri dekabr ayının 19-da nəzarət altına alınmışdı.

Keçən sentyabr ayından bəri İranda davam edən geniş etirazlarda hüquq müdafiəçiləri İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində yüzlərlə etirazçının öldürüldüyü və minlər vətəndaşın həbs edildiyini bildirirlər. Ölkənin müxtəlif bölgələrində öldürülən və həbs edilənlər arasında çox sayda gənc qadın və qızların olduğu müşahidə edilir.

XS
SM
MD
LG