Accessibility links

Təbriz və Zəncanda iki qadın həbs edilib


Zöhrə Ələkbəri Cəm və Fərnaz Əlizadə Gülənbər
Zöhrə Ələkbəri Cəm və Fərnaz Əlizadə Gülənbər

Hüquq müdafiəçiləri Təbriz və Zəncan şəhərlərində iki gənc qadının İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığını bildiriblər.

AHRAZ və Ərk kimi hüquq müdafiə təşkilatlarına istinadən, Zöhrə Ələkbəri Cəm və Fərnaz Əlizadə Gülənbər bazar ertəsi günü müvafiq olaraq Zəncan və Təbrizdə həbs ediliblər.

Fərnaz Əlizadənin hansı səbəblərə görə həbs edildiyi barədə məlumat yayılmayıb. Onun hazırda Təbriz həbsxanasındı saxlanıldığı bildirilir.

Sosial mediada Zöhrə Ələkbərinin Tehranın Evin həbsxanasına göndərildiyinə dair xəbər yayılıb. Ələkbərinin Təbriz və Tehranda təhsil aldığı zaman tələbə birliklərində fəal aştirakı olub.

Keçən sentyabr ayından bəri İranda davam edən geniş etirazlarda, hüquq müdafiəçiləri İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində yüzlər etirazçının öldürüldüyü və minlər vətəndaşın həbs edildiyini bildirirlər. Ölkənin müxtəlif bölgələrində öldürülən və həbs edilənlər arasında çox sayda gənc qadın və qızların adları görünür.

XS
SM
MD
LG