Accessibility links

Güneyli milli fəal Cəfər İsmayılzadəyə 2 il müddətinə şərti həbs cəzası verilib


Cəfər İsmayılzadə
Cəfər İsmayılzadə

Təbriz 102 saylı Cəza Məhkəməsinin 118 saylı şöbəsi güneyli milli fəal Cəfər İsmayılzadəni iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edib.

Bölgədəki hüquq müdafiəçilərinin bildirdiyinə görə, Cəfər İsmayılzadə “İran İslam Respublikasına qarşı təbliğat fəaliyyəti göstərmək” və "milli təhlükəsizliyi pozmaq məqsədilə əhalini təhrik etməkdə" ittihamları ilə ümumilikdə iki il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə həmin qərarın icrasını dayandırıb.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) saytının surətini paylaşdığı məhkəmə vərəqəsinə görə, Təbriz Ümumi və İnqilab Prokurorluğunun 2 saylı hökmlərin icra şöbəsi onu çağırıb.

Məhkəmənin qərarı milli fəala şifahi olaraq bildirilsə də, ona məhkəmə qərarının yazılı surəti verilməyib.

Cəfər İsmayılzadə keçən il iyun ayının 7-də təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və təqribən 10 gün təcridxanada sorğu-suala çəkildikdən sonra Təbrizin mərkəzi həbsxanasına köçürülmüşdü. O, daha sonra 250 milyon tümənlik mülki zəmanət qarşılığında həbsxanadan müvəqqəti olaraq azad edilmişdi.

Cəfər İsmailzadə İran Kikboksinq Federasiyasının rəsmi hakimi və məşqçisidir.

XS
SM
MD
LG