Accessibility links

Təbrizdə siyasi fəal Cəfər İsmayılzadə müvəqqəti azadlığa buraxılıb


Cəfər İsmayılzadə
Cəfər İsmayılzadə

Milli fəal və peşəkar idmançı Cəfər İsmayılzadə 3 ay həbsdən sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, İsmayılzadə 250 milyon tümənlik mülki zəmanət qarşılığında Təbriz həbsxanasından azad edilib.

Milli fəalın Təbrizin ümumi və inqilab prokurorluğu tərəfindən "İslam Respublikası nizamına qarşı təbliğat" aparmaq və "milli təhlükəsizliyi pozmaq məqsədilə əhalini təhrik etməkdə" ittiham edildiyi bildirilib.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) yaydığı xəbərə əsasən, İsmayılzadə eyni zamanda başqa bir dosye ilə əlaqədar Təbriz Cəza Məhkəməsinə çağırılıb.

Cəfər İsmayılzadə keçən iyun ayının 7-də İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və təqribən 10 gün təhlükəsizlik qurumunun nəzarətində saxlanıldıqdan sonra Təbrizin mərkəzi həbsxanasına köçürülmüşdü.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi siyasi onun iyunun 7-də Təbrizdəki evində nəzarət altına alındığını bildirmişdi. HRA-nın xəbərinə görə, "təhlükəsizlik qüvvələri türk fəalın evində axtarış aparıb, onun şəxsi əşyaları, o cümlədən üç ədəd fləş kard və oğlunun mobil telefonunu müsadirə etmişdi".

Cəfər İsmailzadə İran Kikboksinq Federasiyasının rəsmi hakimi və məşqçisidir.

XS
SM
MD
LG