Accessibility links

Mahmud Bilgin: Brüssel yürüşü milli hərəkatımıza mənəvi dəstək oldu


Brüssel - 25 mart 2023
Brüssel - 25 mart 2023

Azərbaycan Milli Hərəkatına mənsub bəzi qüvvələr və Avropada yaşayan çox sayda güneyli keçən şənbə günü İrandakı son etirazlar fonunda Brüssel şəhərində yürüş təşkil ediblər.

Aksiyanı təşkil edənlərdən siyasi fəal Mahmud Bilgin Amerikanın Səsi ilə söhbətdə "Azadlıq və Ədalət" adı altında keçirilən o yürüş haqqında danışıb.

"Biz Berlin mitinqində Güney Azərbaycan bayraqlarını qaldırdıq və çox pozitiv siqnallar aldıq. Amma, biz orada aparıcı deyildik. Başqa qrupların mitinqində iştirakçı idik. Bu dəfə belə bir fikir gəldi ki, türklər İranın 40 faizini təşkil edirlər və biz gərək özümüz öz ayağımız üstündə duraq və başqa millətlər bizim toplantılara qatılsın. Bu fikirlər dəyişik qruplarla bir araya qoyuldu və belə bir nəticəyə gəldik ki, geniş bir mitinq Avropa Parlamentinin önündə, Avropanın mərkəzində olsun," Bilgin söyləyir.

Mahmud Bilgin
Mahmud Bilgin

O, yürüşün güc nümayişi və milli hərəkatın öz qüvvələrinə moral vermək hədəfi ilə təşkil olunduğunu ifadə edir:

"Dedik ki, çalışaq həm Azərbaycan milli hərəkatının içində bir moral əldə edək, eyni halda da, siyasi gücümüzü İran rejiminə alternativ güclərə göstərək. Özümüzü beynəlxalq güclərə tanıdıraq və İran rejiminə qarşı istəklərimizi və tələblərimizi ortaya qoyaq. "

Mahmud Bilgin: Brüssel yürüşü milli hərəkatımıza moral oldu
please wait

No media source currently available

0:00 0:18:34 0:00
Direct link

Yürüşdən çəkilən videolara görə, mitinq iştirakçıları əllərində Azərbaycan bayraqları, habelə bəzi güney təşkilatlarının "Güney Azərbaycanın milli mücadilə bayrağı" kimi qəbul etdiyi bayraqlar ilə "Azadlıq, Ədalət, Milli Hökümət" şüarını səsləndirərək Brüsseldə mitinqin baş tutacağı bölgəyə hərəkət ediblər.

Mahmud Bilgin deyir ki, "Güney Azərbaycan bayrağı ya Güney Azərbaycanın mücadilə bayrağı ki, indi dəyişik adlar verilir buna, hər halda bir simvol kimi ki, güneyi tanıtdırsın və siyasi baxımdan deyilsin ki, burası Güney Azərbaycandır və onun üçün mücadilə gedir. Onun üçün orada 95 faiz bəlkə də çox bu bayraq çoxluqda oldu."

Siyasi fəal həmin yürüşdə də səsləndirilən məşhur "Azadlıq, Ədalət, Milli Hökümət" şüarına işarə edərək əlavə edir ki, "bu şüar iki ildən çoxdur ki, milli hərəkatımızda yerini alıb. Hamı qəbul edib ki, bu şüar bizim strateji tələblərimizi göstərir: azadlıq və ədalət. Bunları kim qoruyacaq? Milli hökümət qoruyacaq. Buna görə, bu şüar ölkə xaricində də yerini alıb və özəlliklə bu yürüşdə də çox səsləndirildi. Bu şüar hamımızın ortaq şüarı olur, istiqlalçısı olsun, federalçısı olsun, muxtariyyətçisi olsun."

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG