Accessibility links

'Güney Azərbaycan Milli Dövlətçilik Şurası' təsis edilib


Təbriz
Təbriz

Mayın 7-də 'Güney Azərbaycan Milli Dövlətçilik Şurası'-nın onlayn qaydada (MDŞ) təsis toplantısı keçirilib. Toplantıda təşkilatın 15 nəfərdən ibarət Mərkəzi Şurası seçilib. Mərkəzi Şura qurultaylararası dövrdə təşkilatın ali idaretmə qurumudur.

Bu barədə Amerikanın Səsinə MDŞ Mərkəzi Şurasının üzvü Çingiz Göytürk bildirib.

Onun sözlərinə görə, təşkilatın rəhbəliyi Mərkəzi Şuranın növbəti toplantısında seçiləcək.

Göytürk bildirib ki, təsis toplantısında ABŞ, Avstraliya, Kanada, Türkiyə, Azərbaycan Respublikası və Avropanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edib.

"Azərbaycan Milli Dövlətçilik Şurasının məqsədi Güney Azərbaycanda milli dövlət strukturunun bərpa edilməsidir. Şuranın növbəti toplantısında təşkilatın fəaliyyət planı, yol xəritəsi müəyyən ediləcək, işçi komitələr, müvafiq sahələr üzrə komissiyalar yaradılacaq," o, qeyd edib.

Milli Dövlətçilik Şurasının fəaliyyət prinsiplərində qurumun 'azərbaycançılıq' prinsipinə söykəndiyi vurğulanır.

"MDŞ uğrunda savaşdığı hədəf və idealları Güney Azərbaycanın Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərvaycan, Zəncan, Həmədan və Qəzvin ostanları ilə yanaşı, müxtəlif dövrlərdə inzibati-coğrafi dəyişikliklər nəticəsində başqa ostanlara bölüşdürülmüş tarixi milli Azərbaycan ərazisində gerçəkləşdirmək istəyir" - deyilən bəyanatda qurumu qadın və kişilər arasında bərabər hüquqlar uğrunda mübarizə apardığını, "çağdaş, demokratik, dünyəvi-sekular Güney Azərbaycan dövləti" yaratmaq istədiyini bildirir.

Rəsmi Tehran Milli Dövlətçilik Şurasının təsis edilməsinə hələ münasibət bildirməyib. İranın Azərbaycandakı səfirliyi isə Amerikanın Səsinin sorğularına cavab verməkdən imtina edir. Səfirlik bildirir ki, İran rəsmiləri Amerikanın Səsinə müsahibə vermir.

İranda yaşayan azərbaycanlıların sayı barədə rəsmi statistika aparılmır. Müxtəlif mənbələrin qeyri-rəsmi hesablamalarına görə, hazırda İranda 20 milyondan çox azərbaycanlı yaşayır.

Xatırlatma

1945-ci il dekabrın 12-də (21 Azər) İran Azərbaycanın Təbriz şəhərində Azərbaycan Milli Hökuməti elan edilib.

İkinci Dünya müharibəsindən sonra İran Azərbaycanında başlayan milli azadlıq hərəkatı 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökumətin qurulması ilə başa çatıb. Bu hadisə tarixə 21 Azər hərəkatı kimi daxil olub.

Yeni yaranan Milli Hökümət İranda Azərbaycan milli muxtariyyət hüququnu tanıyan bir quruluş kimi fəaliyyətə başlasa da, daha sonra hədəflərini genişləndirərək müstəqillik siyasəti yürüdüb. Yeni hökumət Azərbaycan dilinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblərin açılması, milli teatr və mili filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və klinikaları, sosial proqramlar, Milli Ordunun yaradılması, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması və digər bu kimi qərarlar qəbul edib.

21 Azər hərəkatı 1946-cı ilin dekabrında İran ordusu tərəfindən iflasa uğradılıb. Tarixi məlumatlara görə, Milli hökumətin çoxsaylı qurucuları və on minlərlə tərəfdarı həbs edilib və ya qətlə yetirlib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG