Accessibility links

Azərbaycan və ABŞ enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib


Pərviz Şahbazov və Hüqo Qevara (Mənbə: ABŞ səfirliyi)
Pərviz Şahbazov və Hüqo Qevara (Mənbə: ABŞ səfirliyi)

Aprelin 13-də ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.

ABŞ səfirliyininin məlumatına görə, görüşdə enerji sahəsindəki əməkdaşlıq, o cümlədən ABŞ-Azərbaycan Yaşıl Enerji Forumunun uğuru müzakirə edilib.

Tərəflər, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu müzakirə edib.

Xatırladaq ki, aprelin 3-də Bakıda Azərbaycan-ABŞ Yaşıl Enerji forumu keçirilib. Forumda Amerika Birləşmiş Ştatlarının Ticarət Katibinin Qlobal Bazarlar üzrə Köməkçisi Arun Venkataraman deyib ki, ABŞ-ın ticarət departamenti, habelə özəl sektoru Azərbaycana bərpa olunan enerji sahəsində müəyyən etdiyi hədəfləri əldə etməsi üçün dəstək verməyə hazırdır.

Azərbaycan Prezidenti İlham Əliyev bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini prioritet vəzifə olaraq irəli sürüb. Prezident bildirib ki, 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30 faizə çatdırılması (hazırda 17 faiz təşkil edir) hədəf kimi müəyyənləşdirilib.

XS
SM
MD
LG