Accessibility links

ABŞ-Azərbaycan Yaşıl Enerji Forumu keçirilir


ABŞ-Azərbaycan Yaşıl Enerji Forumu keçirilib (Foto - ABŞ-ın Azərbaycandakı səfirliyi)
ABŞ-Azərbaycan Yaşıl Enerji Forumu keçirilib (Foto - ABŞ-ın Azərbaycandakı səfirliyi)

Bakıda ABŞ-Azərbaycan Yaşıl Enerji Forumu keçirilir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə aprelin 2-dən 4-dək tarixlərində Azərbaycanda səfərdə olacaq Birləşmiş Ştatların ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici ticarət xidmətlərinin baş direktoru Arun Venkataraman Azərbaycanın energetika rəsmiləri ilə birgə aprelin 3-də ABŞ-Azərbaycan Yaşıl Enerji Forumunun işində iştirak edib.

Məlumatda deyilir ki, Dövlət Departamenti, Azərbaycan Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və AZPROMO arasında tərəfdaşlığın nümunəsi olan bu forum bölgədə yaşıl enerjiyə dair həll yollarının, strategiyaların və imkanların inkişafına nəzər yetirərək və ABŞ-nin bərpa olunan enerji sahəsində çalışan şirkətlərinə geniş imkanlar təklif edəcək.

Forumda Azərbaycanın yaşıl enerji ekosisteminin inkişafında marağı olan doqquz ABŞ şirkəti iştirak edir.

“Texniki və maliyyə təcrübəsinə malik olan bu şirkətlər Azərbaycana neft və qazdan iqtisadi asılığın azaldılması habelə günəş və külək enerji imkanları da daxil olmaqla ölkənin güclü bərpa olunan enerji potensialından yararlanmağa dəstək verməyə hazırdır. Bərpa olunan enerjinin resursları və energetika sahəsində tətbiq olunan səmərəli yanaşmalar karbon qazı tullantılarının aşağı salınmasına və Azərbaycanın ətraf mühitə dair tutduğu hədəflərin əldə olunmasına öz töhfəsini verəcək”, məlumatda deyilir.

Bundan əlavə məlumatda qeyd edilir ki, energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, “Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün doğru zaman seçib, uzaqgörən siyasi qərar və qətiyyətli addımlarının ardıcıllığı, bir-birini tamamlaması nəinki Azərbaycanın, eyni zamanda tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verir və “yaşıl enerji”yə problemsiz keçidə təminat yaradır”.

Onun çıxışı zamanı bərpa olunan enerji sahəsində strateji hədəflər, görülən genişmiqyaslı işlər və reallaşdırılan layihələr haqqında məlumat verilib.

“2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur”, nazir müavini qeyd edib.

Ticarət nazirinin köməkçisi Venkataraman qeyd edib ki, mühüm əhəmiyyət daşıyan forum zamanı ABŞ şirkətləri Azərbaycanda yaşıl enerji sahəsində çalışmağa maraqları barədə birbaşa danışacaq.

“ABŞ-in ticarət departamenti habelə ABŞ-in özəl sektoru Azərbaycana yaşıl enerji sahəsində müəyyən etdiyi hədəfləri əldə etməsi üçün dəstək verməyə hazırdır”, o qeyd edib.

Ticarət nazirinin köməkçisi ABŞ-in Azərbaycanla yaşıl enerji sahəsində əməkdaşlıq etməsi, habelə emissiya səviyyəsi yüksək olan sektorlarda karbon tullantılarının aşağı salınmasına dair öhdəliyinə sadiq olması barədə danışarkən deyib: “Prezident Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə 2050-ci il üçün Birləşmiş Ştatlarda ətraf mühitə tullantıların səviyyəsini sıfıra çatdırmaq öhdəliyini öz üzərinə götürüb. Cari administrasiya iqlim dəyişikliyi probleminin ünvanlanması üçün bütün hökümət qurumları arasında əlaqələndirilmiş yanaşmanı tətbiq edir”, Venkataraman deyib.

ABŞ Səfirliyinin Müvəqqəti İşlər Vəkili Hüqo Qevara qeyd edib ki, forum ABŞ-ın eneji sahəsində əməkdaşlığının gücləndirilməsi və yaşıl enerji sahəsində çalışan ABŞ və Azərbaycan şirkətlərinin arasında əlaqələrin yaradılmasının sayəsində ABŞ-Azərbaycan ikitərəfli iqtisadi münasibətlərinin artmasına vacib imkan yaradır.

O, Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı vacib rolu vurğulayıb.

“Enerji sahəsi həmişə bizim iqtisadi əməkdaşlığımızın vacib hissəsi olub və ABŞ Azərbaycanın enerji sahəsində etibarlı təchizatçı rolunu dəstəkləyir. Bu forum Azərbaycanın yaşıl enerji potensialının tam mənimsəməsi üçün texniki və təmzimləyici innovasiyaların həyata keçirilməsinə yardım edəcək”, o qeyd edib.

Ticarət Departamentinin Avrasiya məsələri üzrə baş müşaviri Hizer Bürns isə qeyd edib ki, forumun təşkilində məqsəd Azərbaycanın investorlarına ABŞ-in texniki təchizatçılarının dəstəyi sayəsində ölkənin yaşıl enerji imkanlarını inkişaf etdirməkdir.

“Dünyada neft və qaz hasil edən ölkələr karbon qazı tullantılarının azaldılması üçün yaşıl enerji layihələrini həyata keçirir. Bizim yalnız bir planetimiz var və biz birgə işləyərək qlobal istiləşməni nəzarət altında saxlamalıyıq”, o bildirib.

Səfər zamanı ticarət katibinin köməkçisi Venkataraman həmçinin Azərbaycanın energetika, nəqliyyat və iqtisadiyyat sahəsində çalışan yüksən səviyyəli rəsmiləri ilə görüşlər keçirəcək, ABŞ və Azərbaycan arasında daha geniş ticarət və investisiyalar imkanlarını müzakirə edəcək. O, bir sıra ABŞ şirkətləri ilə görülər keçirməyi və onların yerli biznes mühitində fəaliyyətləri barədə məlumat almağı, habelə ticarət tərəfdaşlığının vacibliyini vurğulamağı planlaşdırır.

XS
SM
MD
LG