Accessibility links

Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə sınaq daşınmaları həyata keçirlilir


Xəzər, Qara və Aralıq dənizləri hövzəsindəki neft-qaz kəmərlərinin xəritəsi
Xəzər, Qara və Aralıq dənizləri hövzəsindəki neft-qaz kəmərlərinin xəritəsi

Qazaxıstanın “KazTransOil” neftdaşıma şirkəti Bakı limanına tədarük olunması üçün Kaşaqan yatağından Aktau limanına 7 000 ton neftin sınaq məqsədli daşınmasını həyata keçirməyi planlaşdırır.

“KazTransOil” neftdaşıma şirkətinin məlumatına görə, Kaşaqan neftini göndərən "INPEX North Caspian Sea, Ltd"dir.

Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko martın 10-da brifinqdə bildirib ki, Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsi ilə nəqli bu il başlayacaq.

Bundan öncə isə Qazaxıstanın baş naziri Əlixan İsmayılov 2023-cü ilin əvvəllərində Azərbaycan ərazisindən keçərək 1,5 milyon ton Qazaxıstan neftinin nəqlinə başlanılacağını bildirib.

"Bizim artıq 1 yanvar 2023-cü ildən etibarən Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə 1,5 milyon ton neft nəqlinə dair sazişimiz var. Eyni zamanda həcmi gələcəkdə 6-6,5 milyon tonadək artırmağı nəzərdə tuturuq. Batumi və Özbəkistan istiqamətində dəmir yolu ilə pilot daşımalar artıq başlayıb, vaqon sisternlərinin sayı isə ikiqat artırılıb", o qeyd edib.

XS
SM
MD
LG