Accessibility links

İlham Şaban: Azərbaycanın əksər neft yataqları qocalıq dövrünü yaşayır


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Azərbaycanın Avropanın qaz təchizatına verə biləcəyi töhfələrdən, eləcə də ölkənin gələcəkdə neft hasilatının perspektivlərindən danışıb.

Amerikanın Səsi: Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropa İttfaqı ölkələrinin təbii qazla təchizatında problemlər yaradıb və mavi yanacağın qiymətləri kəskin bahalaşıb. Azərbaycan Avropanın alternativ qaz mənbələri sırasında göstərilir. Hazırda və gələcəkdə Azərbaycanın Avropanın qaz təchizatına hansı töhfələr verə bilər?

İlham Şaban: Azərbaycan 2020-ci ilin son günündə, dekabrın 30-da Avropaya qaz ixracına başlayıb. Bir gün ərzində 10.2 milyon kubmetr qaz ixrac edib. Növbəti il ərzində 8 milyard 150 milyon kubmetr qaz ixracına nail olub. Cari ildə isə bu göstəricinin 11 milyard kubmetrdən artıq olacağı gözlənilir. Yəni, bu statistikaya nəzər yetirsək biz görərik ki, ildən-ilə Azərbaycan Avropaya qaz ixracını artırır. Bununla da Azərbaycan Avropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri artıqlaması ilə yerinə yetirir. Bu baxımdan da Azərbaycan bir qaz təchizatçısı kimi Avropa ölkələri qarşısında 2013-ci ilin sentyabrında imzaladığı qaz alqı-satqısına dair müqviləni stabil və daha yüksək səviyyədə yerinə yetirən bir oyunçu kimi özünü göstərir.

İlham Şaban: Azərbaycanın əksər neft yataqları qocalıq dövrünü yaşayır
please wait

No media source currently available

0:00 0:04:42 0:00

Amerikanın Səsi: Dünya neft bazarlarında da qeyri-stabillik var. Rusiyanın vaxtaşırı Xəzər boru kəməri konsorsiumu vasitəsilə Qazaxıstan neftinin nəqlinə tətbiq etdiyi məhdudiyyətlərin də vəziyyətə müəyyən təsirləri var. Qazaxıstan ixrac üçün alternativ yollar axtarmaqdadır və bunun da potensial variantlarından biri Azərbaycan üzərindən nəqldir. Bunun üçün lazımi infrastruktur varmı? Azərbaycan üzərindən hansı həcmlərdə Qazaxıstan neftini ixrac etmək olar?

İlham Şaban: Əlbəttə, Azərbaycanın kifayət qədər şaxələndirilmiş ixrac boru kəməri var. Ən əsası isə ixrac boru kəməri olan Bakı-Tbilisi-Ceyhan kifayət qədər tranzit neft həcmləri ötürmək qabiliyyətindədir. 2010-cu ilin 3-cü rübündən bu boru kəmərinin ümumi ötürücülük qabiliyyəti ildə 60 milyon tona yüksəlib. Ötən il isə ixrac boru kəmərləri vasitəsi ilə 30 milyon tona yaxın neft ixracı mümkün olub. Carı ildə təqribən 30 milyondan bir qədər artıq neft həcmləri ötürüləcək. Bu o deməkdir ki, Azərbaycan neftinin azalmasına baxmayaraq tranzit həcmlərin artırılmasında onun imkanları kifayət qədərdir. Yəni Azərbaycan öz infrastrukturu ilə qonşularına kifayət qədər yardımçı ola bilər. Hər şey nefti daşımaq istəyən şirkətlərin və hökümətlərin arzusundan və bu istəklərin gerçəkləşməsindən asılıdır.

Bibiheybət (Bakı)
Bibiheybət (Bakı)

Amerikanın Səsi: Bəs, Azərbaycanda neft hasilatını necə proqnozlaşdırmaq olar? Bu sahədə yeni layihələrin həyata keçirilməsi gözlənilirmi?

İlham Şaban: Azərbaycanın müstəqillik illərində cəmi bir neft yatağı aşkarlanıb. Bu da Qarabağ yatağıdır. Düzdür orada hasilat hələ də başlamayıb. Ancaq yaxın iki ildə orada hasilatın başlanması proqnoz edilir. Bu böyük neft yatağı olmasa da hasilatın stabilləşdirilməsinə öz töhfəsini verə bilər. Ümumilikdə isə Azərbaycanda 2010-cu ildən neft hasilatının azaldılması müşahidə edilir. O dövrlə indiki dövrün hasilatını müqayisə etsək təqribən 45 faiz azalma baş verib. Yəni bu da labüddür. Çünki Azərbaycanın əksər yataqları Azəri-Çıraq-Günəşli istisna olmaqla artıq qocalıq dövrünü yaşayır.

XS
SM
MD
LG