Accessibility links

Bayden və Şotlz Ukrayna və Çinlə bağlı transatlantik birliyi vurğulayıb


ABŞ Prezidenti Co Bayden Ağ Evdə Almaniya Kansleri Olaf Şotlzla görüşüb. 3 mart, 2023.
ABŞ Prezidenti Co Bayden Ağ Evdə Almaniya Kansleri Olaf Şotlzla görüşüb. 3 mart, 2023.

ABŞ Prezidenti Co Baydenin cümə günü Almaniya kansleri Olaf Şoltsla görüşündə müzakirə olunan iki əsas mövzu Ukraynaya dəstək və Pekinin Rusiyanı potensial silahlandırması ilə bağlı hərəkətə keçmək məsələlərində transatlantik birliyi qorumaq olub. Bu görüş Avropada uzunmüddətli perspektivdə Moskvaya qarşı vahid cəbhəni təhdid edə biləcək hələ də kiçik, lakin artan müharibə əleyhinə əhval-ruhiyyə fonunda keçirilib.

Şoltz Ağ Evi ən son 2022-ci ilin fevralında Putin Ukraynaya sərhədinə qoşun yığarkən ziyarət edib.

"Biz açıq şəkildə bildirdik ki, əgər o, irəliləsə, biz ikimiz də cavab veərəcəyik. VƏ biz birlikdə bu sözümüzü tutduq," Bayden deyib və kanslerə Almaniyanın hərbi xərclərini artırmaq və Rusiyanın enerji mənbələrindən diversifikasiyaya keçmək də daxil olmaqla, ölkə daxilində "tarixi dəyişikliklərə" səbəb olan "güclü və sarsılmaz rəhbərliyinə" görə təşəkkür edib.

Berlin Vaşinqtondan sonra ikinci ən böyük donordur və Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Ukraynaya və ukraynalı qaçqınlara dəstək vermək üçün təxminən 15 milyard dollar yardım edib.

"İndi məncə, bunu lazım olduğu qədər davam etdirəcəyimiz mesajını verməyimiz çox vacibdir," Şotlz deyib.

Hər iki lider, münaqişənin başlamasından bir il sonra münaqişənin sona çatması məqsədilə yol xəritəsi tapmaq üçün artan təcililik hissinə baxmayaraq, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsini müdafiə etmək səylərini dəstəkləmək üçün güclü tərəfdaşlıqlarını vurğuladı.

Almanların əksəriyyəti Ukraynanı dəstəkləsə də, ötən həftə 10 mindən çox nümayişçi Berlin küçələrinə axışaraq artan enerji qiymətləri səbəbilə iqtisadi çətinliklərin yarandığı bir vaxt, müharibəyə və Kyivə silah göndərməyə etiraz edib.

"ABŞ-ın İnflyasiyanı Azaltmaq Aktı kimi daxili təşəbbüsləri çox güman kimi Almaniyanın iqtisadi çətinliklərini artıracaq," Quinsi İnstitutunun Avrasiya proqramının elmi tədqiqatçısı Suzan Loftus ABŞ şirkətlərini artan qiymətlərin təsirindən qorumaq və iqlimə uyğun investisiyaları subsidiya etmək üçün hazırlanan qanuna istinadən deyib.

"O, ABŞ sənayelərinə üstünlük verir, Alman avtomobil sənayesini təhdid edir və Avropa bizneslərini yüksək yaşıl enerji subsidiyaları təqdim edən [Birləşmiş Ştatlara] köçməyə həvəsləndirir", o Amerikanın Səsinə deyib.

Ağ Ev rəsmiləri Almaniyanın daxili siyasətinə təzyiqlə bağlı narahatlıqlarını rədd edib.

"Prezident müttəfiqlərin biriyində çatlaqlardan narahat deyil," Milli Təhlükəsizlik Şurasınının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi cümə günü Amerikanın Səsinə müsahibədə bildirib.

Kirbi deyib ki, müttəfiqlər bir il boyunca Ukraynaya qarşı “inanılmaz dərəcədə qərarlı, qətiyyətli və vahid” olublar. Bayden fevralda Kyiv və Varşavaya səfərlərində Zelenski və Polşa Prezidenti Andrzej Duda və NATO-nun şərq cinahındakı Buxarest Doqquzluğunun liderləri ilə görüşlərindən sonra "müttəfiqlər arasında birliyin davam edəcəyinə daha da əmindir," Kirbi əlavə edib.

XS
SM
MD
LG