Accessibility links

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib


Azərbaycan Ukraynaya humanitar yardım göndərib (Mənbə: Ukraynanın Azərbaycandakı Səfirliyi)
Azərbaycan Ukraynaya humanitar yardım göndərib (Mənbə: Ukraynanın Azərbaycandakı Səfirliyi)

Azərbaycan martın 20-də Ukraynaya növbəti humanitar yardım göndərib.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Facebook hesabında yazıb.

"Gözəl Novruz bayramı ərəfəsində Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası - ümumi dəyəri 360 min ABŞ dollar olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir. Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə görə ürəkdən minnətdarıq", səfir Kanevski qeyd edib.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi (SOCAR Energy Ukraine) müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.

XS
SM
MD
LG