Accessibility links

Azəbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib


Azəbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib (Rəsmi foto, mənbə Ukrayna səfirliyi)
Azəbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib (Rəsmi foto, mənbə Ukrayna səfirliyi)

Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan, Çin və Slovakiyaya təşəkkür edib.

Səfir Vladislav Kanevski bu barədə Facebook səhifəsində yazıb.

“Dekabrın 3-də “Təmiz Ürək” Xeyriyyə Fondu ilə birlikdə İvano-Frankivsk bölgəsinin əhalisinin həssas təbəqələrinə və Kyiv bölgəsindən olan müharibə qurbanlarının ailələrinə ərzaq və gigiyena vasitələrinin təminatında köməklik göstərilib. Həmçinin müdafiəçilərimizə termal alt paltarları və qida məhsullarını təhvil verdik. Ukrayna səfirliyi humanitar yardıma görə dost Azərbaycana, Çin və Slovakiyaya təşəkkür edir. “Təmiz Ürək” Fonduna Ukraynaya daimi dəstək və köməklik göstərdiyinə görə ayrıca təşəkkür edirik. İnanılmaz böyük iş üçün hamınıza təşəkkür edirəm! Güc birlikdədir. Eşq olsun Ukraynaya! Eşq olsun Qəhrəmanlara!” o bildirib.

Xatırladaq ki, Azərbaycandan həm rəsmi hökumət, həm yerli idarəetmə orqanları, həm də könüllülər vasitəsi ilə Ukraynaya dəfələrlə yüz tonlarla humanitar yardımlar göndərilib.

XS
SM
MD
LG