Accessibility links

Bakı şəhər İcra Hakimiyyəti Kyiv sakinlərinə humanitar yardım göndərib


Baku City Executive Power has sent humanitarian aid to Kyiv residents
Baku City Executive Power has sent humanitarian aid to Kyiv residents

Martın 18-də Bakı Şəhər İcra Hakimiyyəti Kyiv sakinləri üçün 30 ton həcmində humanitar yardım göndərib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti bildirib.

Ukraynada hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş insanlara yardımı Bakı rayon administrasiyaları və paytaxt sakinləri toplayıb.

Humanitar yardıma əsasən qida məhsulları və digər zəruri əşyalar daxildir.

Qeyd edək ki, Bakı və Kyiv qardaşlaşmış şəhərlərdir.

Bundan öncə, fevralın 26-da və martın 12-də Azərbaycan hökuməti Ukraynaya iki təyyarə ilə ümumi məbləği 10,5 milyon avro olan humanitar yardım göndərib.

XS
SM
MD
LG