Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Facebook hesabında yazıb.
“Növbəti humanitar yük Ukraynaya yola düşür - Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəsti”, səfir qeyd edib.
Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycan göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata yaxındır.
Azərbaycandan həm rəsmi hökumət, həm yerli idarəetmə orqanları, həm də könüllülər vasitəsi ilə Ukraynaya dəfələrlə yüz tonlarla humanitar yardımlar göndərilib.