Accessibility links

ABŞ-in Ticarət Katibinin köməkçisi Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri ilə görüşüb 


ABŞ-in Ticarət Katibinin köməkçisi Arun Venkataraman Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Nəbiyev ilə görüş keçirib. (foto ABŞ səfirliyi)
ABŞ-in Ticarət Katibinin köməkçisi Arun Venkataraman Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Nəbiyev ilə görüş keçirib. (foto ABŞ səfirliyi)

ABŞ-in Ticarət Katibinin köməkçisi Arun Venkataraman Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev ilə görüş keçirib.

ABŞ-ın Azərbaycandakı səfirliyin məlumatına görə, görüşdə ABŞ şirkətlərinin Azərbaycana həm rəqəmsal inkişaf həmdə ticarət və nəqliyyat sahəsində potensial dəstəyi müzakirə edib. O, Azərbaycanın iqtisadiyatının inkişafı və rəqəmsal texnologiyaların irəliləməsi üçün ABŞ şirkətlərinin təqdim etdiyi xidmət və texnologiyaların vacib rolu barədə danışıb.

Birləşmiş Ştatların ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici ticarət xidmətlərinin baş direktoru Arun Venkataraman aprelin 5-dək Azərbaycanda səfərdədir.

O, aprelin 3-də Bakıda Azərbaycanın energetika rəsmiləri ilə birgə ABŞ-Azərbaycan Yaşıl Enerji Forumunun işində iştirak edib.

Arun Venkataraman həmçinin Türkiyə, Ermənistan və Gürcüstana səfər edəcək.

“Bakıda olduğu zaman ticarət katibinin köməkçisi Venkataraman Prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirəcək. O, energetika naziri Pərviz Şahbazov ilə birgə ABŞ-Azərbaycan Təmiz və Yaşıl Enerji Forumunda iştirak edəcək. ABŞ şirkətləri təmsilçiləri ilə görüşəcək və ABŞ-ın Azərbaycanla iqtisadi və enerji sahəsində apardığı tərəfdaşlığın vacibliyini vurğulayacaq”, ABŞ səfirliyinin məlumatında deyilir.

XS
SM
MD
LG