Accessibility links

Ali Məhkəmə AXCP fəalının kassasiya şikayətini təmin etməyib


Aqil Hümbətov
Aqil Hümbətov

Fevralın 7-də Azərbaycan Ali Məhkəməsi hakim Rəşad Abdulovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətovun kassasiya şikayətini təmin etyməyib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcək.

“Məhkəmə cinayət işini ən azı apellyasiya araşdırmasına qaytarmalı idi. Çünki aşağı məhkəmə insatnsiyalarının qərarında Avropa İnsan Hüquqları Konvernsiyasının 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) pozuntusu var”, o qeyd edib.

Ali Məhkəmənin Mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, vəkilin şikayət etmək hüququ var.

“Ali Məhkəmənin qərarları dövlətin adından çıxarılır və yerinə yetirilməlidir. Qanunvericiliyə görə, vəkilin də şikayət etmək hüququ var. Əgər məhkəmənin qərarı ilə razılaşmırsa müvafiq insansiyalara şikayət verə bilər”, mətbuat xidmətinin əməkdaşı Amerikanın Səsinin sorğusuna cavabda bildirib.

2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla sağlamlığa qəsdən ağır zərər vurmağa görə həbs edilib.

Aqil Hümbətov 2021-ci il avqustun 11-də saxlanılıb və Bakının Zirə qəsəbəsinin sakini Yəmən Məmmədova bıçaq xəsarəti yetirməkdə ittiham olunub.

Hüquq müdafiəçilərinin fikrincə, Aqil Hümbətova qarşı ittiham əsassızdır, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsidir. Bundan bir il öncə Aqil Hümbətov hakimiyyəti tənqid etdiyinə görə psixiatriya xəstəxanasına yerləşdirilmişdi.

XS
SM
MD
LG