Accessibility links

Həbsdə olan AXCP fəalının ailəsi ərzaq almaq üçün imkanının olmadığını bildirir


Aqil Hümbətov
Aqil Hümbətov

Barəsində həbs qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətovun ailəsi ağır sosial duruma düşüb. Bu səbəbdən Hümbətovun həyat yoldaşı hökumətdən yardım istəyir.

Həbsdə olan AXCP fəalının ailəsi ərzaq almaq üçün imkanının olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:02:18 0:00

“Həyat yoldaşımı siyası fəaliyyətinə görə şərləyərək 3 aylıq Şüvələn təcridxanasına salıblar. Ailədə 3 körpə üşaq var. Uşaqları evdə qoyub ərzaq dalınca gedə bilmirəm. Zirə qəsəbəsində elə yerdə yaşayırıq ki, yaxında ərzaq dükanları yoxdur, gərək bir necə kilometr məsafə qət edəsən. Uşaqlara məndən başqa baxan yoxdur, pulum qurtarıb, nə mağazaya gedə bilirəm, nə də getsəm ərzaq almağa pulum yoxdur. Evdə elektrik şəbəkəsi təhlükəli vəziyyətdədir, su çəni axır. Aqili yalan ifadələrlə guya qonşuya hücüm etməsinə görə həbs ediblər. Ərimi zindana salanlar indi uşaqlarının qeydinə qalsınlar. İlham Əliyevə səslənirəm: üç körpə üşaq acdlr. Zirə bələdiyyəsi yardım etmir, kənd icra hakimiyyətində telefon zənglərimə cavab vermirlər. Prezident ailəmizin qeydinə qalsın. Aqili azadlığa buraxsınlar, mən tək balalarımın ehtiyaclarını ödəyə bilmirəm," Hümbətova Amerikanın Səsinə müsahibəsində bildirib.

Aygün Hümbətova uşaqlarını məktəbə göndərə bilmir.

“Qızım bu il məktəbə getməli idi. Onun məktəbə getməsi üçün dərs ləvazimatlarını almaq üçün vəsaitim yoxdur. Məktəb uzaqda yerləşir. Gərək taksi ilə gedib-gəlsin. Bunun üçün də pulum yoxdur. Bu səbəbdən qızımı məktəbə buraxmadım,” o qeyd edib.

Hümbətiova bu günlərdə evinin elektrik enerjisini kəsdiklərini deyib.

“Elektrik gəldi, sonuncu 50 manatımı verdim ki, işığımızı bərpa etsin. Ona da dedim ki, uşağımın sonuncu çörək pulunu verirəm. Mənə yazığı gəldi 20 manat qaytardı, evimizin elektrikini bərpa edib getdi,” Aygün Hümbətova Amerikanın Səsinə deyib.

O, hökumətdən ailəsinin ərzaq təminatına kömək etməsini istəyir.

“Ailəmizə yalnız AXCP-dən 198 manat yardım edilib. Onu da qənaətlə çörək almaq üçün xərcləyirəm,” fəalın həyat yoldaşı deyib.

Onun sözlərinə görə, həbsdə olan həyat yoldaşı səhhətinin normal olduğunu deyib.

“Telefonla zəng etmişdi. Dedi ki, səhhəti yaxşıdır, işgəncəyə məruz qalmır. Səhhəti pis olsa da, mənə deməz. Çünki bilir ki, sonra əziyyət çəkərəm,” Hümbətova qeyd edib.

Aqil Hümbətov avqustun 11-də Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Hümbətova qarşı Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

AXCP fəalı bundan öncə 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG