Accessibility links

Müxalifət fəalının məhkəməsinə hüquq müdafiəçiləri və jurnalistlər buraxılmayıb


Müxalifət fəalının məhkəməsinə hüquq müdafiəçiləri və jurnalistlər buraxılmayıb
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətovun apellyasiya şikayətinə baxış davam etdirilib.

Məhkəmə prosesinə vəkildən başqa heç kim buraxılmayıb.

Hüquq müdafiəçisi Zəfər Əhmədov deyib ki, məhkəmə zalına insanların buraxılmamasını Ali Məhkəmənin pandemiya ilə bağlı qərarı ilə izah edirlər.

Jurnalist Teymur Kərimov hesab edir ki, jurnalistlərin məhkəmə zalına buraxılmaması mətbuat azadlığının boğulmasıdır.

APFP activists in the trial of Agil Humbatov
APFP activists in the trial of Agil Humbatov

Vəkil Nemət Kərimli bildirib ki, məhkəmə iclası zamanı Aqil Hümbətova qarşı olan işgəncə faktının araşdırılması, hadisə baş verən zaman təcili tibbi yardıma polisin və yaxud mülki şəxsin telefonundan zəng edilməsinin müəyyən edilməsi ilə bağlı vəsatətlərini hakim təmin etməyib.

“Həbs edilən zamanı və istintaqda Hümbətov işgəncələrə məruz qalıb, qabırğası sınıb. Lakin məhkəmə ekspertiza təyin edilməsi ilə bağlı vəsatətlərimi təmin etmir,” Kərimli Amerikanın Səsinə deyib.

Məhkəmədə Aqil Hümbətov ittihamın sübutunun olmadığını deyib və bəraət istəyib.

Növbəti məhkəmə iclası fevralın 11-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Samir Əliyevin sədrliyi ilə 2021-ci il noyabrın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovu 10 il müddətinə azadlıqdan məhrum edib.

Hümbətov ittihamı rədd edərək ona qarşı təxribat təşkil edildiyini və heç kimə hücum etmədiyini bildirib. Müxalifətçi cinayət işini Azərbaycan rəhbərliyini tənqidinə görə "qisas" kimi qiymətləndirib.

Hüquq müdafiəçiləri AXCP fəalının istintaqı və məhkəməsi zamanı insan hüquqları üzrə Azərbaycan qanunvericliyinin və beynəlxalq öhdəliklərin pozulduğunu bildirib.

AXCP fəalı 2021-ci il avqustun 11-də Bakının Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Hümbətova qarşı Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilib.

AXCP fəalı bundan öncə 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

XS
SM
MD
LG