Accessibility links

Bəxtiyar Hacıyev ailəsi ilə görüşünə və telefon danışığına imkan verilməməsindən məhkəməyə şikayət edib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 14 günlük aclıqdan sonra reabilitasiya dövrü keçirir. Hazırda səhhəti yaxşılaşmağa doğru gedir.

Bu barədə vəkil Elçin Sadıqov 1 saylı Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşdən sonra Amerikanın Səsinə müsahibəsində bildirib.

Vəkil Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin Xətai rayon Məhkəməsinin təmin etməməsi qəraraından apellyasiya şikayəti verildiyini bildirib.

“Çox yəqin ki, apellyasiya şikayətinə gələn həftə baxılacaq. Amma sabah da baxıla bilər. Məhkəmənin dəqiq vaxtını demək mümkün deyil”, o qeyd edib.

Elçin Sadıqov: Bəxtiyar Hacıyevin həbsdə saxlanılması üçün hüquqi əsas yoxdur
please wait

No media source currently available

0:00 0:01:18 0:00

Elçin Sadıqov Bəxtiyar Hacıyevin ailəsi ilə görüşə və telefon danışıqlarına istintaqın icazə verməməsi qərarından Xətai rayon Məhkəməsinə şikayət verildiyini bildirib.

“Şikayətimizə hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə yanvarın 10-da baxılacaq”.

Sadıqov Bəxtiyar Hacıyevin həbsi üçün hüquqi və real əsasların olmadığını deyib:

“Azadlıq onun haqqıdır.”

Vəkil ictimai fəala qarşı təcridxanada hər hansı qeyri-insani rəftarın, fiziki və mənəvi işgəncə halının olmadığını bildirib.

“Əvvəl, həbs olunduğu dövrü çıxmaq şərti ilə, bizim şikayətlərdən sonra hər hansı işgəncə, qeyri-insani rəftara məruz qalmadığını bildirdi,” o qeyd edib.

Onun sözlərinə görə, Hacıyev həbs edildikdən indiyədək hər hansı istintaq hərkəti aparılmayıb.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.

Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 14 gün aksiyanı davam etdirib.

Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib. Dekabrın 23-də Bakı Apellyasia Məhkəməsi də bu məhkəmə qərarından verilən şikayəti təmin etməyib.

Bundan sonra vəkillər yenidən ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə Xətai rayon Məhkəməsinə müraciət edib. Dekabrın 29-da Xətai rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə yenə vəsatəti təmin etməyib. Vəkillər bu məhkəmə qərarından da apellyasiya şikayəti verib.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

XS
SM
MD
LG