Accessibility links

Mark Behrendt: Bəxtiyar Hacıyev barəsində seçilən həbs-qətimkan tədbiri əsassızdır


Mark Behrendt: Bəxtiyar Hacıyev barəsində seçilən həbs qətimkan tədbiri əsassızdır
please wait

No media source currently available

0:00 0:05:00 0:00

Dekabrın 20-də Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı müraciəti təmin etməyib. Fəalın vəkilləri deyir ki, o saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında artıq 6 gündür aclıq edir. Vaşinqtonda qərargahlanan Freedom House təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt Amerikanın Səsinə müsahibədə Bəxtiyar Hacıyecin həbsini, beynəlxalq ictimaiyyətin reaksiyasını və Azərbaycandakı insan haqları və azadlıqlar mühitini şərh edib.

Amerikanın Səsi: Cənab Behrendt, tanınmış hüquq müdafiəçisi Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. O, bir ay yarım müddətinə azadlıqdan məhrum edilib. Hacıyev aclıq aksiyasına başlayıb. Çərşənbə axşamı məhkəmə onun ev dustaqlığına buraxılması ilə bağlı müraciətini təmin etməyib. Onun həbsinə münasibətiniz necədir?

Mark Behrendt: Bu, Azərbaycanda uzun müddətdir baş verən vəziyyətlərə bənzəyir. Belə ki, orada hökuməti tənqid edən jurnalistlər, siyasətçilər, müxalifətçilər, vətəndaş cəmiyyəti fəalları və ya hüquq müdafiəçiləri hökumət tərəfindən ədalətsiz şəkildə mühakimə olunur. Düşünürəm ki, onun bu ittihamlardan hər hansı birinə görə təqsirli olduğuna inanmaq üçün heç bir real əsas yoxdur və məncə, onun barəsində seçilən həbs-qətimkan tədbiri əsassızdır.

Amerikanın Səsi: Azərbaycanda bəzi hüquq müdafiəçiləri beynəlxalq təşkilatların kifayət qədər reaksiya verməməsindən şikayətlənirlər. Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ Hacıyevin azad olunmasını tələb edib. Bəs beynəlxalq təşkilatlar və hökumətlər Azərbaycan hakimiyyətinə təsir etmək üçün başqa hansı addımları ata bilər?

Mark Behrendt: Çox təəssüf ki, hazırda Azərbaycana beynəlxalq təzyiqlər zəifləyir. Düşünürəm ki, bu, başa düşülən geosiyasi səbəblərə görədir. Şübhəsiz ki, Avropanın Azərbaycan qazına ehtiyacı hökumətə tənqidləri bir az da olsa azaldır. Və məncə, bu, həqiqətən də məyusedicidir. Düşünürəm ki, Avropa İttifaqı, ABŞ və digər hökumətlərin Azərbaycanı Avropa Şurasına və ATƏT-ə, və əlbəttə ki, BMT-yə üzvlüyü vasitəsilə öz üzərinə götürdüyü insan hüquqları və demokratik öhdəlikləri ilə bağlı cavabdeh tutması çox vacibdir. Azərbaycan qanundan üstün deyil, öhdəliklərindən üstün deyil və buna görə də məsuliyyətə cəlb olunmalıdır. Bu, ilk növbədə Azərbaycan üçün problemdir və son nəticədə Azərbaycan xalqının rifahı bundan təsirlənir.

Bilirsiniz, cənab Hacıyev bu yaxınlarda, sentyabrda Varşavada keçirilən ATƏT-in İnsan Ölçüsü üzrə Konfransında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı bəzi tənqidlərini səsləndirib. Hesab edirəm ki, ATƏT kimi qurumların dünya boyu insan hüquqları müdafiəçiləri, fəallar və tənqidçilər üçün belə platforma yaratmağa davam etməsi vacibdir. Bu, hələ də mövcud olan bir neçə platformalardan biridir.

Amerikanın Səsi: 2022-ci il artıq başa çatmaq üzrədir. Azərbaycanda insan hüquqları/azadlıq mühitini necə təsvir edərdiniz? Buradakı vəziyyət dünya miqyasındakı tendensiya ilə necə müqayisə olunur?

Mark Behrendt: Dünyadakı tendensiya pisdir. Və təəssüf ki, keçən il, səhv etmirəmsə, Freedom House-un hesabatında dünya boyu azadlıqlarda ardıcıl olaraq 16-cı il azalma müşahidə olunub. Azərbaycan bu reytinqlərdə yaxşı yer almır. Amma məncə, biz onu təkcə dünya ilə müqayisə etməməliyik. Dünyanın azadlıq və demokratiya sahəsindəki geriləməsi hamımız üçün faciədir. Və bu, bizə birləşmək və doğru olan şey uğrunda mübarizə aparmağımız üçün bütün təkan verməlidir. Bu, amerikalılar, avropalılar və hər zaman öz cəmiyyətlərimizdə azadlıqlarımıza görə özünü təbrik edən insanlar üçün bir az daha asandır, baxmayaraq ki, hamımız bu problemlərlə mübarizə aparırıq. Və bəlkə də vəziyyətin pis olduğu ölkələrə mühazirə oxumaq əvəzinə özümüzü fərqli vəziyyətdə tapmağımız bir az daha asandır. Biz özümüzü eyni vəziyyətdə görəndə, bu, bizə dünyadakı həmkarlarımızla, bizim kimi azadlığın qorunmalı və genişləndirilməli olduğuna inanan insanlarla ünsiyyət qurmaq üçün mənəvi səlahiyyət verir.

Bu il, 2022-ci il Azərbaycan üçün yaxşı il olmadı, baxmayaraq ki, il media haqqında qanun baxımından bir qədər liberallaşma ümidi ilə başlamışdı. Yeni media qanunu deyildiyi kimi bir şey deyil. Bu, islahat deyil. Bu, şübhəsiz ki, hökumətə bir sıra sahələrdə mediaya nəzarət etmək üçün daha çox alət verir.

Jurnalistlərin artıq hökumətin nəzarət etdiyi reyestrə daxil olması fikri, əlbəttə ki, çox problemlidir. Mən həmçinin hesab edirəm ki, Azərbaycanda informasiyaya çıxışın hökumətin bölüşmək istəmədiyi hər şeyin dövlət sirri və ya milli təhlükəsizlik baxımından gizli saxlanılmalı olduğu iddiası ilə daha da məhdudlaşdırılması problemlidir. Bunlar problemdir. Bu qanunun vətəndaş cəmiyyəti, beynəlxalq ictimaiyyət, Avropa Şurası, Venesiya Komissiyası və başqa hər kəsin bu qanunun Azərbaycanın könüllü olaraq daxil olduğu beynəlxalq standartlara uyğun olmadığını deməsinə rəğmən qəbul edilməsi problemdir. Heç kimsə bu standartları heç kimə zorla qəbul etdirmir. Bu öhdəliklər Azərbaycanın öz mənafeyinə uyğun olduğu üçün qəbul etdiyi, öz üzərinə götürdüyü öhdəliklərdir.

XS
SM
MD
LG