Accessibility links

Məhkəmə Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı müraciəti təmin etməyib


Dekabrın 20-də Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı müraciətinə baxılıb. Fəalın vəkilləri deyir ki, o saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında artıq 6 gündür aclıq edir.

Vəkil Şəhla Hümbətova bildirib ki, Bəxtiyar Hacıyevə aclığını dayandırması üçün psixoloji təzyiq edilir:

Şəhla Hümbətova, Bəxtiyar Hacıyevin vəkili
Şəhla Hümbətova, Bəxtiyar Hacıyevin vəkili

“Bütün əsaslar səsləndi ki, onun hazırda ev dustaqlığına buraxılması üçün qanunvericilik imkan verir. Əsas məsələ isə odur ki, Bəxtiyar artıq altıncı gündür aclıq edir, aclığın səbəbi də həbs seçilməsi ilə bağlı idi. Bəxtiyar Hacıyev özü də məhkəmədə çıxış elədi ki, səhhəti yaxşı deyil, səhhətinin pisləşməsi aclıqla bağlıdır, qaytarması və s. Məhkəmə bunların heç birini nəzərə almadı. Hətta Bəxtiyar dedi ki, aclıq aksiyası edən şəxsləri həkim yoxlamalıdır, amma onu heç kim gəlib yoxlamır”.

“Müdafiə Xətti” İnsan Haqları təşkilatının həmtəsisçisi Rüfət Səfərov beynəlxalq təşkilatların yetərincə reaksiya verməməsinə etiraz edib.

Rüfət Səfərov, "Müdafiə Xətti" İnsan Haqları təşkilatının həmtəsisçisi
Rüfət Səfərov, "Müdafiə Xətti" İnsan Haqları təşkilatının həmtəsisçisi

“6 gündür bu adam aclıq edir. Belə çıxır ki, İlham Əliyevlə Vilayət Eyvazov istəyir Bəxtiyar burada ölsün. Mən anlaya bilmirəm səfirliklər Bəxtiyar öləndən sonra reaksiya verəcək? Biz 6 gündür onun həbsi barədə ciddi reaksiya görə bilmirik. Biz çarəsiz və aciz vəziyyətdə qalmışıq” - deyə, o bildirib.

Öz növbəsində Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinin sorğusuna cavabda deyib ki, Bəxtiyar Hacıyev aclıq etmir.

“O bir gün aclıq etdi, dekabrın 18-də aclığı dayandırdı. Bəxtiyar Hacıyevə qarşı hər hansı mənəvi-psixoloji işgəncədən söhbət belə gedə bilməz”, o qeyd edib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG