Accessibility links

USAID Administratorunun müavini Şəhidlər Xiyabanını ziyarət edib


Erin MakKi Şəhidlər Xiyabanını ziyarət edib (Foto ABŞ səfirliyinindir)
Erin MakKi Şəhidlər Xiyabanını ziyarət edib (Foto ABŞ səfirliyinindir)

Amerika Beynəlxalq İnkişaf Agentlıyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Erin MakKi Cənubi Qafqaz regionuna daha geniş səfəri çərçivəsində noyabrın 4-də Azərbaycana səfər edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, USAID Administratorunun müavini “Azərbaycanın müstəqilliyinə dəstək ifadə etmək və münaqişə nəticəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad etmək məqsədilə Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edib”.

Məlumatda deyilir ki, administratorun müavini Erin MakKi daha sonra Bakı Limanının baş direktoru Taleh Ziyadov ilə görüşərək “USAID-in Azərbaycanı etibarlı tranzit marşrutu kimi necə dəstəkləyə biləcəyini və Avropa, Qərb, Asiya və Orta Şərqlə daha yaxşı əlaqələr vasitəsilə ticarət əlaqələrini şaxələndirə biləcəyini müzakirə edib.”

Erin MakKi və Taleh Ziyadov (Foto ABŞ səfirliyinindir)
Erin MakKi və Taleh Ziyadov (Foto ABŞ səfirliyinindir)

Səfir MakKinin gündəliyinə ABŞ-Azərbaycan münasibətlərini müzakirə etmək, USAID-in Azərbaycan hökuməti ilə tərəfdaşlığını müzakirə etmək üçün kənd təsərrüfatı nazirinin müavini ilə görüş və əlaqədar məsələlərlə bağlı müzakirələr daxildir. O, iqtisadiyyatda qadınlar üçün imkanların genişləndirilməsi ilə bağlı qadın liderlər və sahibkarlarla görüşəcək.

“Səfir MakKi görüşlərində ABŞ-ın Azərbaycanın müstəqilliyinə və Cənubi Qafqazda davamlı sülhə dəstəyini vurğulayacaq, həmçinin Azərbaycan biznesləri və xarici ticarət tərəfdaşları arasında özəl sektorun əlaqəsini artırmaq, qadınların iqtisadi tərəqqisində irəliləyişləri təşviq etmək üçün USAID-in davamlı öhdəliklərini və regional ticarətdə və ərzaq təhlükəsizliyinin təsirinin azaldılmasında Azərbaycanın rolunun əhəmiyyətini vurğulayacaq,” ABŞ səfirliyi bildirir.

XS
SM
MD
LG