Accessibility links

Azərbaycanda USAİD-in dəstəyi ilə İngilis dili kursları təşkil edilib


Amerika Beynəlxalq İnkişaf Agentliynin (USAID) dəstəyi ilə PROGRO-Peşəkar İnkişaf və İnnovasiyalar Platforması Gəncə, Zaqatala və Sumqayıtda gənclər üçün 6 aylıq “İnkişaf üçün İngilis dili” kurslarına başlayıb. Kurslarda 100-dən çox azərbaycanlı gənc ingilis dili biliklərini təkmilləşdirir.

USAİD-in məlumatına görə, Azərbaycan gənclərinin karyera perspektivlərini artırmaq üçün BMT-nin İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə tərəfdaşlıq edilir.

Bu il fevralın 27-də PROGRO Mərkəzlərində “İngilis dili” kurslarına start verilib.

“Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” (“Professional Growth and Innovations Platform – PROGRO”) 2019-cu ildə BMT-nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi və Amerika İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində hazırlanıb. Platformanın məqsədi Azərbaycanda əhalinin, xüsusilə gənclərin əmək bazarının müasir tələblərinə və gələcək perspektivlərinə cavab verən peşəkar və səriştəli gənclər yetişdirmək, eləcə də onların uzunmüddətli məşğulluğu və özünüməşğulluğuna xidmət etməkdir.

PROGRO Platforması 2011-2019-cu illər ərzində icra olunmuş “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsinin təcrübəsi, metodoloji bazası və təhlili üzərində yaradılmışdır.

XS
SM
MD
LG