Accessibility links

USAİD-in dətəklədiyi layihə Azərbaycan icmalarında fövqəladə sağlamlıq vəziyyətlərinə hazırlığı gücləndirib


“Cənubi Qafqazda yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlılığının gücləndirilməsi” layihəsi (Rəsmi foto)
“Cənubi Qafqazda yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlılığının gücləndirilməsi” layihəsi (Rəsmi foto)

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən dəstəklənən “Cənubi Qafqazda yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlılığının gücləndirilməsi” layihəsi vasitəsilə Azərbaycanın müxtəlif bölgələrində 39 icma fövqəladə sağlamlıq vəziyyətlərinə hazırlıqlarını gücləndirib.

Bu barədə USAİD/Azerbaijan məlumat yayıb.

Məlumatda deyilir ki, AzQAC icmalara infeksiyanın qarşısının alınması praktikalarını başa düşməyə və qəbul etməyə, əsas səhiyyə xidmətlərinə çıxışı təmin etməyə və insanların pandemiyanın yaratdığı psixi sağlamlıq və psixososial problemlərin öhdəsindən gəlmək üçün vasitələrini gücləndirməyə kömək etməklə virusun ötürülməsini məhdudlaşdırmaq, yavaşlatmaq və ya qarşısını almaq səylərini dəstəkləyir.

“Birləşmiş Ştatlar Ümumdünya Səhiyyə Təşkilatı, UNICEF və IFRC ilə tərəfdaşlıq vasitəsilə Azərbaycanın pandemiyanın dərhal və uzunmüddətli sağlamlıq və iqtisadi təsirlərinə qarşı tədbirlərini dəstəkləmək üçün 10 milyon dollardan çox vəsait ayırıb,” məlumatda qeyd edilir.

"Cənubi Qafqazda yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlılığının gücləndirilməsi" layihəsi 2019-cu ildən başlayıb. Layihənin əsas məqsədi yerli icmaların dayanıqlılığını gücləndirməklə fəlakətlərin və böhranların sağlamlığa mənfi təsirlərinin azaldılmasından, pandemiyaya hazırlıq, epidemiyaya qarşı mübarizənin təşkili, su gigiyenası və kanalizasiyaya nəzarətin artırılması, ilk yardım və psixoloji dəstək göstərməkdən ibarətdir.

XS
SM
MD
LG