Accessibility links

USAID Azərbaycanda bağçılıq sahəsinin inkişafına yardım edir


USAİD Azərbaycanda bağçılığın inkişafına kömək edir (Rəsmi foto)
USAİD Azərbaycanda bağçılığın inkişafına kömək edir (Rəsmi foto)

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanda qida istehsalında bolluq yaranması üçün müxtəlif sahələrdə proqramlar həyata keçirir.

Agentlik bildirir ki, 2014-cü ildən USAID Azərbaycanın kənd təsərrüfatı istehsalçılarına beş əsas bağçılıq dəyər zəncirində dəstək verir: fındıq, giləmeyvə, bağ bitkiləri, xurma, nar və tez xarab olan tərəvəzlər.

“USAID-in köməyinə fermerlər arasında qabaqcıl kənd təsərrüfatı təcrübəsinin tətbiqi, yeni istehsal texnologiyaları, məhsul yığımı təcrübələri, soyuducu anbar infrastrukturu, müxtəlif ölkələrə tanışlıq səfərləri və Azərbaycan şirkətləri tərəfindən qida təhlükəsizliyi üzrə beynəlxalq sertifikatların alınması daxildir. Bu müdaxilələr Azərbaycan istehsalçılarına ixrac bazarlarını şaxələndirməyə, bazarda qidalı bağçılıq məhsullarının keyfiyyətini və əlçatanlığını artırmağa, bununla da Azərbaycanın ərzaq təhlükəsizliyini yaxşılaşdırmağa kömək edib,” USAİD-in məlumatında deyilir.

USAİD Azərbaycanda bağçılığın inkişafına kömək edir (Rəsmi foto)
USAİD Azərbaycanda bağçılığın inkişafına kömək edir (Rəsmi foto)

USAID Azerbaijan-ın direktoru Maykl Nirbas son günlər Azərbaycanın Gəncə və Bərdə şəhərlərində bağçılığın inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq üçün səfərlər edib. O səfəri zamanı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ilə görüşüb və USAID, Coca-Cola Azərbaycan və İsrailin MASHAV Agentliyinin dəstəyi ilə ADAU-da bağçaçılıq üzrə nümayiş sahəsinə baş çəkib.

USAİD Azerbaijan bildiriri ki, ADAU-nun nümayiş sahəsi ABŞ və İsrailin ən müasir texnologiya və təcrübələrini nümayiş etdirir və müasir intensiv becərmə üsullarının öyrədilməsi, Azərbaycanda yüksək keyfiyyətli meyvələrin səmərəli istehsalını asanlaşdırmaq üçün universitetin potensialının yaradılması üçün platforma rolunu oynayır.

USAİD/Azerbaijan-ın direktoru Maykl Nirbas Bərdə rayonunda (Rəsmi foto)
USAİD/Azerbaijan-ın direktoru Maykl Nirbas Bərdə rayonunda (Rəsmi foto)

Missiya direktoru Maykl Nirbas Bərdəyə səfəri zamanı isə "FATIMƏ" Qadın İnkişaf və Müəssisə Qrupunun üzvləri ilə görüşüb.

“USAID bu dinamik qadınları kənd təsərrüfatı texnikası ilə dəstəklədi ki, bu da onların gəlirlərini artırmağa, kənd təsərrüfatı fəaliyyətini genişləndirməyə və Bərdədə olan digər fermer qadınlarına dəstək olmağa imkan verir,” agentlik bildirir.

USAID kənd təsərrüfatı sektorunun inkişafı sahəsində və rayon yerlərində vətəndaş iştirakçılığını gücləndirən fəaliyyətlər vasitəsilə Azərbaycanın sosial və iqtisadi inkişafına töhfə verir.

1991-ci ildən USAID Azərbaycanda humanitar yardım və səhiyyə sektoruna, habelə iqtisadi və demokratik islahatlara 417 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.

XS
SM
MD
LG