Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə müsahibədə Azərbaycanda jurnalistlərin həbsləri və təşkilatın onların azad edilməsi istiqamətində göstərdiyi fəaliyyətlər haqda danışıb.
Vaşinqtonda fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibədə Donald Trampın yenidən prezident seçilməsindən sonra ABŞ-ın növbəti administrasiyasının Cənubi Qafqazda prioritetləri və ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə yeni Tramp administrasiyasının xarici siyasət kursu, Yaxın Şərq və Ukraynada münaqişələrlə bağlı siyasətindən gözləntilər, eləcə də Cənubi Qafqaz regionunda mümkün prioritetləri haqda danışıb.
İqtisadçı Zöhrab İsmayıl Amerikanın Səsinə müsahibədə Bakıda noyabrın 11-dən 22-dək keçiriləcək BMT-nin COP29 iqlim konfransından gözləntilər və Azərbaycanın təmiz enerjiyə keçid üçün öhdəlikləri haqda danışıb.
ABŞ -ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kazanda görüş, prezident Baydenin prezident Əliyevə məktubu və ABŞ-ın sülh prosesində səylərini şərh edib.
Müxtəlif mənbələrə əsasən, İsrail oktyabrın 1-də İranın raket hücumlarına cavab planını hazırlayıb. Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanın Səsinə müsahibədə İsrailin cavabı və Yaxın Şərqdə hadisələrin daha geniş region üçün riskləri və potensial təsirini şərh edib.
Hüseyn Kərimov 20 ilə yaxındır ki, ABŞ-da yaşayır. Bu müddət ərzində o, beş müxtəlif sahə üzrə ixti saslaşan və 160-a yaxın insanı işlə təmin edən tikinti şirkəti qurmağa müvəffəq olub. Deyir ki, Birləşmiş Ştatlara köçənə qədər topladığı təcrübə burada uğurlu olmağında böyül rol oynayıb.
Enerji təhlükəsizliyi üzrə ekspert Ümid Şükri Amerikanın Səsinə müsahibədə İsrail və İran arasında gərginliyin qlobal enerji bazarları üçün yaratdığı risklər, qlobal təchizat üçün risklərin Azərbaycana mümkün təsirləri və ABŞ-ın növbəti administrasiyasının regionla bağlı siyasətini şərh edib.
İlkin Abasov Bakıdan dostluq etdiyi tələbə yoldaşı İmirlə bərabər artıq bir ildən çoxdur ki, Vaşinqton ştatının paxtaxtı Olimpia şəhərində pizza dükanı işlədir. Deyir ki, qida sektorunda çalışmaq istəkləri məhz elə aldıqları təhsil sayəsində yaranıb.
Günay Ələkbərova artıq 7 ildir ki, ailəsi ilə bərabər ABŞ-da yaşayır. 3 il öncə Sietl şəhərinə köçdükdən sonra o, şirniyyat kafesi açmaq qərarı verir.
Hadson İnstitutunun eksperti Lyuk Koffi Amerikanın Səsinə müsahibədə İranın bu həftə raket hücumundan sonra İsrail və İran arasında gərginliyin artması fonunda Yaxın Şərqdə eskalasiyanın güclənməsi ehtimalı, ABŞ-ın strategiyası və gərginliklərin daha geniş region üçün mümkün riskləri haqda danışıb.
Son iki il ərzində İran siyasətini silkələyən hadisələr baş verib. Ölkəni bürüyən etirazlar, prezidentin qəzada ölümü və islahatçı prezidentin seçilməsi. Bu mövzuda, həmçinin bir ay sonra keçiriləcək ABŞ prezident seçkilərinin İranla münasibətə təsiri haqda sosioloq Ramin Cabbarlı ilə danışdıq.
ABŞ əhalisi arasında Rusiyanın hərbi təcüvüzünə qarşı mübarizə aparan Ukrayanaya dəstək birmənalı qarşılanmır. Əhalinin Ukrayanaya dəstəklə bağlı mövqeyi bərabər sayda iki yerə bölünüb. Vaşinqton ştatında yaşayan azərbaycanlılarla görüşlərimizdə onların bu mövzuda mövqeyi ilə maraqlandıq.
İqtisadiyyat hər zaman ABŞ seçkilərinin əsas mövzusu olub. 2024-cü il seçkiləri də istisna deyil. Vaşinqton ştatında yaşayan azərbaycanlılarla ölkədəki iqtisadiyyatın vəziyyəti ilə bağlı müşahidələri haqda danışdıq.
2024-cü il ABŞ prezident seçkilərinə təxminən altı həftə qalır. Cari vitse-prezident Kamala Harris və sabiq prezident Donald Tramp ölkənin 47-ci prezidenti olmaq uğrunda sərt rəqabətdədirlər. Vaşinqton ştatında yaşayan azərbaycanlılardan bu seçkilər haqda nə düşündüklərini öyrəndik.
ABŞ-da fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Nyu Yorkda Amerikanın Səsinə müsahibədə Blinkenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşünün nəticələri və sülh prosesindən gözləntilər barədə danışıb.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Nyu-Yorkda dövlət katibi Blinkenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşü və ABŞ-ın sülh prosesində səylərini şərh edib.
Daha çox yüklə