Accessibility links

Türkiyənin Suriyanın gələcəyində rolu - Brukinqs İnstitutunun eksperti Aslı Aydıntaşbaşla müsahibə


Türkiyənin Suriyanın gələcəyində rolu - Brukinqs İnstitutunun eksperti Aslı Aydıntaşbaşla müsahibə
please wait

No media source currently available

0:00 0:17:13 0:00

Brukinqs İnstitutunun elmi işçisi Aslı Aydıntaşbaş Amerikanın Səsinə müsahibədə Türkiyənin hazırda Suriyada siyasi proseslərdə rolu və Əsəd rejiminin hakimiyyətdən devrildiyi şəraitdə Türkiyə və ABŞ arasında münasibətlərdən gözləntilər haqda danışıb. 

Suriyada 50 illik Əsəd hakimiyyətinin çökməsi 2024-cü ilin ən mühüm hadisələrindən biri oldu. Ölkədə 13 il sürən vətəndaş müharibəsində müxalif qüvvələrin sürətli hərbi əməliyyatları nəticəsində Dəməşqi ələ keçirməsi ölkəni dəmir əllə idarə edən Bəşar Əsədi Suriyanı tərk etmək məcburiyyətində qoydu. Əsəd rejiminin süqutu onun uzun illər dəstəkçisi olan Rusiya və İranın regionda təsirinin azalmasına gətirib çıxardı. Suriyanın hazırkı müvəqqəti hökuməti ölkədə dəyişikliklərə söz verib. Yeni Suriyanın qurulmasında mühüm rol oynayan ölkələrdən biri Türkiyədir. Brukinqs İnstitutunun eksperti Aslı Aydıntaşbaş Amerikanın Səsinə müsahibədə Türkiyənin hazırda Suriyada siyasi proseslərdə rolu və Əsəd rejiminin hakimiyyətdən devrildiyi şəraitdə Türkiyə və ABŞ arasında münasibətlərdən gözləntilər haqda danışıb.

XS
SM
MD
LG