Dünyanın müxtəlif ölkələrindən rəsmilər Bakıda BMT-nin COP29 iqlim konfransına toplaşdığı vaxt vətəndaş cəmiyyəti qrupları diqqəti Azərbaycanda insan hüquqları ilə bağlı durum və ölkədə ondan çox jurnalistin həbsinə yönəldirlər. COP29 sammitindən öncə Jurnalistləri Müdafiə Komitəsi ondan çox digər təşkilatla birlikdə Avropa liderlərini Azərbaycanda insan hüquqlarının vəziyyətini diqqətlə öyrənməyə çağırıb. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə müsahibədə Azərbaycanda jurnalistlərin həbsləri və Jurnalistləri Müdafiə Komitəsinin onların azad edilməsi istiqamətində göstərdiyi fəaliyyətlər haqda danışıb.
Gülnoza Said: Azərbaycanda müsbət dəyişikliklərin olması üçün beynəlxalq təzyiq mütləq vacibdir
Episodes
-
Yanvar 21, 2025
Apellyasiya Məhkəməsi də Azər Qasımlını həbsdə saxlayıb
-
Yanvar 20, 2025
Bakıda 20 yanvar faciəsinin 35-ci ildönümü anılıb